serverin.biz

HÜQUQ MÜDAFIƏÇISI FƏRMAN CEYRANLI ILƏ BAĞLI ÇAĞIRIŞ ETDI


 
Bu Xəbər 2017-07-26 15:16:43 əlavə olunmuş və 198 dəfə baxılıb.

Hüquq müdafiyəçisi Oktay Gülaliyev Gürcüstanda həbs olunan Fərman Ceyranlının həbsindən hal-hazırda davam edən məhkəmə prosesindən yazıb. Xeberman.com saytı olaraq Hüquq müdafiyəçisi Oktay Gülaliyev Fərman Ceyranlı məhkəməsindən bəhs edən yazını oxuyuculara təqdim edirik . 

Harda yaşamasından, hansı peşəyə, dinə, əqidəyə qulluq etməsindən asılı olmayaraq şərlənib həbs olunan hər bir azərbaycanlını müdafiə etməliyik.

Bu gün müdafiəyə ehtiyacı olan, siyasi mülahizələrlə həbs olunan şəxslərdən biri də Gürcüstanda yaşayan soydaşımız, "Lancet" Klinikasının təsisçisi Ferman Ceyranlıdır. O, hakimiyyət mətbəxində hazırlandığı ehtimal olunan, 2017- ci ilin 4 mayında virtualaz.org və haqqın.az saytlarında dərc olunan “Gürcüstanda gizli antiazərbaycan yuvaları; görüşlər, pullar, təlimatlar” yazısından dərhal sonra həbs olunub. Həmin yazıda adı çəkilən şəxs Azərbaycan müxalifətçilərini maliyyələşdirməkdə ittiham olunurdu (!?).

Artıq 2 həftədən çoxdur ki, F. Ceyranlının Tbilisidə məhkəmə prosesi başlayıb. O, hər iki məhkəmə prosesində bütün dünyaya car çəkərək (məhkəməyə mətbuatın geniş diqqəti var- red.) Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstan hüquq mühafizə orqanları tərəfindən absurd ittihamlarla həbs edildiyini, siyasi məhbus olduğunu bildirir. Təəssüf ki, ölkədən çıxışımız qadağan olunduğundan onun məhkəmə prosesində iştirak edə bilmirik. Amma hesab edirəm şərlənib həbs olunan, dəstəyə ehtiyacı olan günahsız bir şəxsi müdafiə etmək üçün onun məhkəməsində iştirak etmək şərt deyil.

Mən az saylı azad mətbuat orqanlarını, müstəqil hüquq müdafiəçilərini, ictimai- siyasi fəalları, Gürcüstanda yaşayan soydaşlarımızı "Fərman Ceyranlı işi"- nə həssas və diqqətli olmağa, onu müdafiə etməyə çağırıram!

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6