serverin.biz

Baş Prokurorluq daha bir sayta xəbərdarlıqetdi


  Azərbaycan Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Moderator.az” informasiya agentliyinin internet saytında qərəzli və dəqiqləşdirilməmiş informasiyalar dərc edilib.
Bu Xəbər 2017-07-28 22:48:19 əlavə olunmuş və 138 dəfə baxılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, ötən dövrlər ərzində kütləvi informasiya vasitələrinə sensasiya naminə yalan, qərəzli və dəqiqləşdirilməmiş digər məlumatların heç bir lüzum olmadan yayılmaması tövsiyə edilməsinə baxmayaraq, “Moderator.az” informasiya agentliyi bundan heç bir nəticə çıxarmayıb.

Qeyd edilənlərlə əlaqədar agentliyin baş redaktoru Zülfüqar Hüseynzadə və redaktoru Seymur Əliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətlərinə çatdırılmaqla, gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. 

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6