serverin.biz

Hakimiyyәtin Gürcüstan әmәliyyatları ilә bağlı hesabat hazırlandı


 
Bu Xəbər 2017-08-01 10:51:53 əlavə olunmuş və 139 dəfə baxılıb.

Siyasi Məhbusları Müdafiə Mərkəzi Azərbaycan hakimiyyətinin yerli demokratik düşərgə fəallarına qarşı Gürcüstan üzərindən həyata keçirdiyi əməliyyatlarla bağlı hesabat hazırlayıb. Hesabat “Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” adlanır.

Hesabar barədə təşkilatın rəhbəri, hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

O.Gülalıyev bildirir ki, hesabatın hazırlanmasına bu ilin may ayından başlanıb. Hazırda sənədin üzərində son tamamlama işləri aparılır. Yaxın günlərdə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.O.Gülalıyev bildirir ki, hesabatı hazırlamaqda məqsəd azərbaycanlı siyasi mühacirlərlə bağlı qonşu ölkədə son zamanlar baş verənləri araşdırmaq, problemi doğuran səbəbləri və çıxış yollarını göstərməkdir. Sənədin aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim edilməsi nəzərdə tutulur. SMMM bununla diqqəti Gürcüstanda baş verən hadisələrə yönəldib, problemin həllinə yardımçı olmaq istəyir.

Sənəddə Gürcüstandan qayıdandan az sonra həbs edilən (sonradan Bakı İstintaq Təcridxanasında həyatın son qoyulan) Mehman Qələndərov, hazırda Gürcüstanda məhkəməsi gedən klinika rəhbəri Fərman Ceyranlı, Gürcüstandan qayıdarkən həbs olunan AXCP sədr müavini Gözəl Bayramlı, Tbilisidən oğurlanaraq Bakıya gətirilib, həbs edilmiş jurnalist Əfqan Muxtarlı, hazırda Gürcüstanda siyasi mühacir həyatı yaşayan Daşqın Ağalarlı və başqaları ilə bağlı bölmələr var.

O.Gülalıyev ümid edir ki, hesabat yerli və beynəlxalq təşkilatlar üçün Gürcüstanda azərbaycanlı ictimai-siyasi fəallara, iş adamlarına qarşı həyata keçirilən son həbsləri və təzyiqləri araşdırmaq baxımdan maraqlı sənəd olacaq.

Hefteaz.info

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6