serverin.biz

Azərbaycan son 6 ayda bütün qızıl ehtiyatlarını satıb


 
Bu Xəbər 2017-08-04 07:29:26 əlavə olunmuş və 138 dəfə baxılıb.

“Durum bu qədərmi ağırdır ki, bütün qızıl ehtiyatını satmaq məcburiyyəti yaranıb?!”

Azərbaycan 2017-ci ilin fevralında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.

“Report” yazır ki, bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.

Şura avqustun 1-də dünya ölkələrinin rəsmi qızıl ehtiyatlarının statistikasını yeniləyib. Azərbaycan həmin reytinqdə yer almayıb.

Yanvarda Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub. Qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabrından satmağa başlayıb. Sentyabrda satış həcmi 1, oktyabrda 4,2, noyabrda 3, dekabrda 2, cari ilin yanvarında 2, fevralda isə 18 ton olub. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

ARDNF isə martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan “Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib:

“Alınmış qızıl Azərbaycana gətirilib. Saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar yalandır. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".

 

“Görünür ehtiyatların artmasının qızılın satışı ilə əlaqəsi olub. Suallar bununla bitmir. Maraqlıdır, Azərbaycan son illərdə yığdığı 30 ton 169 kq qızılı neçəyə almışdı, ortalama qiymət neçə olub və satışda nə qədər ziyan edilib. Məncə, hökumət bu suallara aydınlıq gətirilməlidir. Vəziyyət bu qədərmi ağırdır ki, bütün qızıl ehtiyatını satmaq məcburiyyəti yaranıb?!”

MEYDAN.TV

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6