serverin.biz

Baba nəvəsinin həkim səhvindən öldüyünü iddia edir


 
Bu Xəbər 2017-08-09 13:41:42 əlavə olunmuş və 181 dəfə baxılıb.

Elman Əliyev 2015-ci ilin iyununda nəvəsinin hərarətinin düşmədiyini görüncə, onu 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirib. Burada uşağa “Neyrotaksikoz” diaqnozu qoyulub. Bu diaqnoza uyğun yazılan müalicə effekt vermədiyinə görə 3 yaşlı Səkinəni Mərkəzi Klinikaya aparıblar. Burada uşağa heç vaxt eşitmədikləri “FMF”(irsi Aralıq dənizi qızdırması) diaqnozu qoyulub. Uşaq isə daha sonra “Neyroblastoma” (sinir hüceyrələrinin şiş xəstəliyindən) vəfat edib. Elman Əliyev nəvəsinin vəfatında 2 saylı Klinik Uşaq Xəstəxanasının həkimi Samirə Orucovanı, Mərkəzi Klinikanın allergoloqu Sevinc Abdullayevanı günahlandırır.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ailəyə dəymiş maddi və mənəvi ziyana görə hər iki xəstəxana ayrı-ayrılıqda 3 min manat təzminat ödəməlidir. Səhiyyə Nazirliyinin üçüncü şəxs kimi verdiyi apelyasiya şikayəti rədd edilib. Məhkəmə həkimlərin səhv diaqnoz qoyduqları qənaətinə gəlib. Şikayətçi isə həkimlərin həbs olunmasını tələb edir.

Mərkəzi Klinikanın həkimi Sevinc Abdullayeva bildirib ki, uşaq onun səhvindən vəfat etməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən deyiblər ki, məhkəmə prosesi bitəndən sonra hadisəyə münasibət bilirəcəklər. Ali Məhkəmə isə Bakı Apelyasiya Məhkəməsinin xəstəxanaların təzminat ödəməsi ilə bağlı qərarını qüvvədə saxlayıb.

 

Elman Əliyev deyir ki, həkimlər onun əlindən təkcə nəvəsini yox, qızının son ümidini də alıblar. Uşağın atası bir neçə il əvvəl avtomobil qəzasında vəfat edib.

MEYDAN.TV

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Xalqın Səsi xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6