• Baxış sayı 164

Qazax sakini yerli polisdə naməlum şəraitdə ölüb

Qazax rayon sakini Teymur Axundov ötən gecə yerli polis şöbəsində ölüb. Bacısının sözlərinə görə, o, ölüncəyədək döyülüb. Buna sübut kimi sosial şəbəkələrdə qardaşının cəsədinin fotosunu paylaşıb. Mərhumun bədənində çoxlu qançır izləri olub.

Turan agentliyinin sorğusuna cavab olaraq rayon prokurorluğundan bildiriblər ki, CM-in 123-cü maddəsi ilə cinayət işi qaldırılıb. Mənbə istintaq sirrinə əsaslanaraq detallı məlumat verməkdən imtina edib.

Öz növbəsində yerli polis şöbəsindən Turan-a bildiriblər ki, T.Axundov söhbət üçün çağırılıb. “Orada halı pisləşib. “Təcili yardım” çağırıblar və xəstəxanaya aparıblar, orada vəfat edib”.

1

Mərhumun bacısı isə Ülviyə Axundova bildirib ki, qardaşı siqaret almaq üçün küçəyə çıxıb və oradan onu polisə aparıblar. “Mən dərhal onun ardınca polisə getdim, ancaq məni içəri buraxmadılar. Sonra “təcili yardım” gəldi. Bundan sonra xəstəxanadan mənə telefon edərək qardaşımın öldüyünü dedilər”, – o bildirib.(azadliq.info)

Bu yazını paylaş

Hakimiyyət Qarabağın azad edilməsi tələbilə mitinqə icazə verib

Next Story »

AXCP fəalının apellyasiya şikayətinə baxılıb (Şəkil /Video)

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.