• Baxış sayı 668

AXİRƏTƏ YAP RƏHBƏRLİK ETSƏYDİ,-CƏNNƏT CƏHƏNNƏMƏ DÖNƏRDİ !!!

Qır qazanının altında yandırılacaq olan odunları satardılar.
Xurma ağaclarını kəsib yerində restoranlar,gözəllik salonları,yanacaqdoldurma məntəqələri,”novostroyka”lar tikər,Heydər Əliyev parkları salardılar.Ağaclardakı xurmalara kasıbların toxunmasına qadağa qoyulardı.
İnsanları şərləyər,cəhənnəmlə qorxudub pul tələb edərdilər.
Hər kəsi şeytana yaltaqlanmağa məcbur edərdilər,İnsanlar gecə-gündüz şeytana bədiyyə deyərdilər.
Aftafa monopoliyasına hansısa bir məmur nəzarət edərdi.
Narkotik maddələrinin alveri,narkomaniya axirətdə baş alıb gedər,məqsədli şəkildə əxlaqsızlıq təbliğ olunardı.
Cənnətdə məscidlər DTX tərəfindən izlənər,Tale Bağırzadə,Masallı məscidinin axundu Sərdar Hacıhəsənli və s kimi ruhanilər şərlənərək həbs olunardı.Onu da qeyd edim ki,Sərdar Hacıhəsənli 2017-ci ilin fevralında CM-nin 168-ci maddəsi ilə (dini ayinlərin və mərasimlərin qeyri-qanuni keçirilməsi və təbliği) həbs edilib və hal hazırda Binədə,17 saylı cəzaçəkmə müəssisəsində günahsız yerə cəza çəkir.
Nə yaxşı ki Axirətə YAP yox,Allah nəzarət edəcək.Yoxsa cənnət də,cəhənnəm də Azərbaycanın gününə düşərdi.

Əfqan Sadıqov

Bu yazını paylaş

UŞAQLARIN BAYRAMINI YALANDAN KEÇİRTMƏYƏK,UŞAQLARIN GƏLƏCƏYİNİ DÜŞÜNƏK !!!

Next Story »

ƏLİYEVLƏR AİLƏSİNİN GƏLƏCƏK “ŞANPƏRƏSTLİK “PLANI.

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.