• Baxış sayı 387

BÖYÜK GƏLƏCƏYƏ doğru ümidilə Mətbuat Gününü təbrik edirəm!

Mən fəxr edirəm ki, milli mətbuatımızın böyük tarixində sizin kimi dəyərli insan var. Repressiyalara, həbslərə, təzyiqlərə baxmayaraq, sizin qələminiz var, hər zaman da olacaq. Mənim mətbuatda ilhamlandığım, bəhrələndiyim ən dəyərli qələm sahibi Əvəz müəllimim. Sizə əbəs yerə “müəllimim” demədim. Həm əzmkarsınız, həm mərhəmətli, həm ədalətlisiniz – ən əsası isə bir müəllim kimi çox səbirlisiniz. Bilirəm, şagirdlər müəllimini həmişə çox incidirlər, nəyisə öyrənməyə çalışırlar, öyrənirlər, amma müəllim səbrli olur, təmkinli olur sizin kimi… Mənim əziz müəllimim, siz yaradıcı şəxsiyyətsiniz!!! Şablon, darıxdırıcı, bir az səmimi, bir az da qeyri-səmimi təriflərə qulaqlar da yorulub, gözlər də doyub. Amma inanın, heç biri deyil, ürəkdən gələn səmimi sözlərdi. Öz maraqlarınız uğrunda deyil, xalqın, bizim, Vətən övladlarının maraqları uğrunda çalışdığınız, mübarizə apardığınız üçün var olasınız!!! Nə yaxşı ki, varsınız. Var olun ki, varsınız!!!

El arasında belə bir misal var, “meşə çaqqalsız olmaz”. Bəli, tamamilə doğrudur, bizim mətbuatın meşəsində çaqqal yaman çoxdur, bəlkə də bu çaqqallar olmasaydı, biz Əvəz müəllim kimi fədakar, cəsarətli, öz peşəsinə sadiq insanlara yüksək qiymət verməzdik. Peşəsində çaqqallıq edənlərə, qələmini satanlara ar olsun!

Bu gün yenə Əflatın Amaşov mətbuatın inkişafından danışacaq, məgər həbslər, repressiyalar və ölümlər olan yerdə mətbuatın inkişafından söhbət gedə bilərmi?! Saxta, gülüş doğuran orden və medallar verəcək bəzi dırnaqarası jurnalistlərə… Amma ən böyük orden və medal xalqın sevgisidir. Bəli, Əvəz müəllim, biz sizə xalq olaraq o böyük sevgimizi veririk, sizə inanır, arxalanırıq.

Gecə-gündüz əzmlə işləyən, çalışan, mətbuatımıza öz ömrünü sərf edən Əvəz müəllim, bunu görməyənlər, görməzdən gələnlər nadanlardır. Mətbuatımızda ilklərə imza atanlardansınız. Siz bizim mətbuatın canlı qəhrəmanı, ustadı və əsl Azərbaycanlı oğlusunuz. Təbii ki, siz bu yolda tək deyilsiniz, bilirəm, hər zaman sizin yanınızda olan, sizə ömrünü həsr edən gözəl və dəyərli Məlahət xanımınızla keçmisiniz bu şərəfli yolu. Ən böyük təbriklərim Məlahət xanımadır.

Mən, biz, xalqımız bunu çox yüksək qiymətləndiririk və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz sizinləyik, necə ki, siz bizimləsiniz!

Vətənimiz uğrunda, xalqımız uğrunda, haqq uğrunda, ədalət uğrunda, azad söz uğrunda, öz maraqlarının deyil, Vətəninin, xalqının maraqları uğrunda şərəflə mübarizə aparan əsl jurnalistlərin və qələm əhlinin BÖYÜK GƏLƏCƏYƏ doğru ümidlə 22 iyul –  Mətbuat Gününü təbrik edirəm!

Sevinc Sadıqova

AZEL.TV

Bu yazını paylaş

Azərbaycanda Milli Mətbuat Günü – 143 il

Next Story »

Ağdam rayonunun işğalından 25 il ötür

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.