• Baxış sayı 172

Jurnalist Əfqan Sadıqov 30 günlük həbs edilib (yenilənib)

Jurnalist Əfqan Sadıqov Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 günlük həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilinib.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova vəkil Cavad Cavadova istinadla bildirib.

O qeyd edib ki, həyat yoldaşı qanun pozuntusuna yol verməyi, yalnız şəhid ailələrinin Prezident Administrasiyası qarşısındakı etiraz aksiyasını müşahidə edib.

Həbs qərarından şikayət veriləcək.

* * *

2018 Noyabr 27 (Çərşənbə axşamı) 18:30:57

Jurnalist Əfqan Sadıqlı saxlanılıb

Bakı/27.1.18/Turan: Azel.TV online resursun baş redaktoru Əfqan Sadıqlı bu gün Prezident Administrasiyasının binası yanında saxlanılır. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib.

Onun gözlərinin qarşısında mülki şəxslər jurnalisti saxlayıblar və heç bir açıqlama vermədən maşına oturdaraq naməlum istiqamətə aparıblar.

Sonradan məlum olub ki, Əfqanı Səbayel rayonu 9-cu polis bölməsinə aparıblar. S.Sadıqova oraya getdiyində ona deyiblər ki, Əfqanı Rayon Polis İdarəsinə aparıblar. Lakin Rayon Polis İdarəsində Əfqanın orada olmadığını deyiblər.

Qeyd edək ki, bundan 2 saat öncə Ə.Sadıqlı Facebook-da şəhid ailələri üzvlərinin Prezident Administrasiyasının qarşısındakı aksiyasından birbaşa reportaj aparıb.

Bu ilin yayında Ə.Sadıqlı 30 sutkalığa inzibati həbsə məruz qalmışdı.

Bu ilin mayında xuliqanlıq ittihamı ilə bir il yarımlıq həbs cəzasından sonra azad edilib.

Jurnalist ittihamları rədd edərək bildirib ki, onu Cəlilabad rayonunun keçmiş rəhbərliyini tənqid etdiyinə görə həbs ediblər.(tuan.az)

Bu yazını paylaş

”Avropada 18 yaşadək uşaqlara 200 avro verilir”

Next Story »

”FEODAL CƏZALANDIRMA ÜSULUNA SUSMAYAQ”

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.