• Baxış sayı 1500

RƏDD OLSUN 21-Cİ ƏSRİN 1937-Cİ İLİ !!!

Rədd olsun-onu çörəyə çatdıran,onu milyardlar sahibi edən,lakin sonradan sahibini saymayan,əmrlərini qulaq ardına vuran,prezidentinin “rüşvət alan ciddi cəzalansın,mən və o cümlədən bütün məmurlar xalqın xidmətçiləriyik “ deməsinə baxmayaraq xalqa zülm edən,rüşvətxorluğa daha da güc verən məmurlar. Belə məmurlar şərəfsiz, vicdansız, namussuzdurlar !!!

Rədd olsun səhiyyəni bazara, qəssabxanaya, bataqlığa, “ morq”a çevirən, rüşvət alan həkimlər.Xəstələrin həyatına biganə olan, onların sağlamlğıyla oynayan belə həkimlər şərəfsiz, ləyaqətsiz, namussuzdurlar !!!

Rədd olsun qanunları öz bildikləri kimi yazıb,öz bildikləri kimi icra edənlər.Fikir və söz azadlıqlarını boğan, mətbuatı min bir oyunlarla susdurmağa çalışan, vətəndaşlar səfalət içindəykən özləri üçün sərvətlər toplayan, villalar, obyektlər düzəldən, öz pullarının sayını belə itirən, öz ailələrinin yaxşı yaşamaları üçün vətəndaşları ölümə, məhvə məhkum edən, talelərini qara edən məmurlar. Belə məmurlar ləyaqətsiz, namussuzdurlar !!!

Rədd olsun xalqın sərvətlərin, büdcəni talayan və xalqın başını qapazlı edən məmurlar. Belə məmurlar abırsız, vicdansız, namussuzdurlar !!!

Rədd olsun 21-ci əsrin diktaturası !!!

Rədd olsun camaatın kütləvi işsiz olduqları halda,bir vaxta, işçi siyahılarına artıq işçi adları yazdırıb onların maaş kartlarını öz ciblərinə qoyan məmurlar, rəhbərlər. Belə rəhbərlər şərəfsiz, vicdansız, namussuzdurlar !!!

Rədd olsun müasir Tiranlar, Neronlar, Fironlar, Stalinlər !!!

Rədd olsun insanları azad, demokratik adlandırıb lakin onları qul hesab edən məmurlar. Belə məmurlar şərəfsiz, namussuz, vicdansızdırlar !!!

Rədd olsun hətta beynəlxaq aləmin kasıb, ac vətəndaşlar, həbsxanalarda olan məhkumlar üçün yardım məqsədilə ayırdıqları, göndərdikləri pulları basıb yeyən məmurlar. Belə məmurlar vicdansız, namussuzdurlar !!!

Rədd olsun hərbi bileti 2500-3000 manata, sürücülük vəsiqəsini 1000 manata, Ünvanlı Sosial Yardımı 500 manata, “pensiya”nı 2500-3000 manata düzəldən, satan məmurlar. Belə məmurlar şərəfsiz, vicdansız, namussuzdurlar !!!

Rədd olsun erməni kilsələrinə ( pulsuz) qaz verən məmurlar. Belə məmurlar vicdansız, namussuzdurlar !!!

Rədd olsun pula görə vətəndaşların hərəsini bir yolla şərləyib həbs edən polis, məmurlar, Cinayət Məcəlləsinin bütün maddələrinə qiymət qoyan məmurlar, həbsxanaları bazara, ”gestapo”ya çevirən, məhbusları işgəncə edən, onlardan pul, rüşvət alan işçilər, məmurlar. Belələri vicdansız, namussuzdurlar !!!

Rədd olsun Qurani-kərimə əl basib, bayqaq qarbağında diz üstə çöküb bayrağı öpərək and içən, lakin andını tutmayan prezidentlər. Prezidentin verdiyi sözünü tuta bilməsi üçün məqsədli şəkildə problem yaradan məmurlar. Belələri vicdansız, şərəfsiz, namussuzdurlar !!!

Rədd olsun yaltaq, pula yıxılan, hər şeyini satan, zalımların, xalqa zülm edənlərin yanında olub onlara xidmət edən, xalqı şərə satan, vətəndaşların problemlərinə göz yuman “ziyalı” təbəqəyə. Bura bu tipdə olan yazıçı, jurnalist, müəllim, siyasətçi və s-lər aiddir. Belə ziyalılar vicdansız, şərəfsiz, namussuzdurlar !!!

Rədd olsun…!!!    Rədd olsun…!!!    Rədd olsun…!!!

ƏFQAN SADIQIV

Bu yazını paylaş

AZEL.TV YENİDƏN FƏLİYYƏTDƏ !!!

Next Story »

BİZ GƏLƏCƏK NƏSİLLƏRƏ BƏDBƏXTLİK MİRAS QOYURUQ!!!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.