• Baxış sayı 725

UŞAQLARIN BAYRAMINI YALANDAN KEÇİRTMƏYƏK,UŞAQLARIN GƏLƏCƏYİNİ DÜŞÜNƏK !!!

Hamımızın kölə kimi yaşadığımız Azərbaycanda uşaqlarımızın bayramını keçirdirik.Guya uşaqlarımızı sevir,dəyər veririk.
Əgər biz uşaqlarımızı dogrudan da sevsəydik,onların gələcəyini düşünərdik.Özümüzün qul kimi yaşadığımız öz doğma ölkəmizdə uşaqlarımızın gələcəyini də dəyərsizləşdirərək,YAP-ın əsarətində,zülmkar bu rejimə daima boyun əyərək etdikləri əmrlərə qorxudan təslim olmağı,sonuna qədər lazımsızbir əşya olaraq yaşamağı öyrədir,miras qoyuruq.
Bu doğrudurmu ???
Öz qorxaqlığımıza don geyindirmək üçün balalarımızı bəhanə edirik,guya onlara 1 tikə çörək pulu qazanmaq üçün təhqir oluna-oluna,üzü tüpürcəklı pul qazanırıq.Nə zamana kimi körpələrimizin beşiklərinin,bələklərinin kölgəsində daldalanacaq,gizlənəcək,başımızı qoruyacağıq ??? İndidən biz böyüklərin səhvi,qorxaqlığı nəticəsində gələcəkdə bədbəxt,üzüqara valideyin olmağa məhkum olan bu günün körpələri,biz namərd,qorxaq,yaltaq böyükləri bağışlayın.Özümüz kimi sizi də bu ölkədə bu cür yaşamağa,həyata məhkum etdik.
Əziz körpələr,uşaqlar,sizlərin üzünə baxmağa utanıram.
Mənim kimi yaltaq,qorxaq,namərd,zülmə boyun əyən bir böyüyün boyunu yerə soxasınız !!!
Belə çıxır ki,Hacıbala Abutalıbov başından böyük qələt edib”Azərbaycanda yalnız bir kişi var”deyəndə….

Əfqan Sadıqov Azel.tv-nin baş redaktoru

Bu yazını paylaş

“HEYDƏR ƏLİYEVİN UĞURLU SİYASİ KURSU” ÖLKƏNİ VƏ MİLLƏTİ BATIRDI !!!

Next Story »

AXİRƏTƏ YAP RƏHBƏRLİK ETSƏYDİ,-CƏNNƏT CƏHƏNNƏMƏ DÖNƏRDİ !!!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.