• Baxış sayı 473

Cəlilabadda iş adamını öldürmək istəyirmişlər

Azel.tv Cəlilabadımız səhifəsinə istinadən xəbər verir ki, hadisə bir neçə gün bundan əvvəl rayonun Sabirabad kəndinin ərazisində baş verib. Cəlilabadlı iş adamı Babək Veli oğlu Əliyev aldadılaraq Sabirabad kəndinə torpaq sahəsi alqı-satqısı məqsədi ilə çağrılmış, Bayram və Cavid Mahmudovlar tərəfindən bıçaqlanmışdır. Hadisə kəndin bir neçə kilometrliyində yerləşən əkin sahesində baş vermişdir. Hadisə yerində olan Babəkin atasi da ağır yaralanmışdır. Vəli Əziz oğlu Əliyev bir neçə bıcaq zərbəsi almış yaralı oğlunu dərhal xəstəxanaya çatdırmış və polisə müraciət etmişdir. Hadisəni törədən şəxslər Cəlilabad polisi tərəfindən saxlanılmışlar və araşdırma aparılır. Vəli müəllimin dediyinə görə onlar oğlu Babəki öldürmək istəyirmişlər. Sabirabad kənd sakini Əlisahib Mahmudov tərəfindən sifariş olunduğu iddia edən zərərçəkmişlər Respublika DIN ve Baş Prokurorluğa da müraciət edəcəklərini bildirirlər. Cəlilabad rayon Polis şöbəsində və Rayon Prokurorluğunda hadisənin baş verməsini təsdiqlədiler və bildirdilər ki, cinayeti törədən şəxslər ruhi xəstədilər. Araşdırmalar davam edir.

P.S. Necə olur ki, ağıllı, dəli demədən şərləyib həbsxanaları günahsız insanlarla doldururlar. Həbsxanalarda olan dəliləri işgəncə edirlər. Lakin burda təqsirləndirilən insanı mühakimə etmək istəmirlər. Çox güman ki, həmin adam ya vəzifəli adamın qohumudu, ya da yaxşı pulu var. Yaxud da zərər çəkmiş bu insanlar haçansa müxalifətçi  filan olublar.

Hər halda YAP hakimiyyətini Ədliyyəsi, Prokurorluğu belə də olmalıdır !!!

ƏFQAN SADIQOV

Bu yazını paylaş

Səlim Müslümov Samir Şərifov yolu gedir: mediada yazılar silinir – Müəmma

Next Story »

BİR ZAMANLARIN GƏNCLİK ŞƏHƏRİ KİMİ TANIMLANAN SUMQAYIT!!! – 2-ci yazı

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.