• Baxış sayı 369

Çentralda aclıq edən məhbus damarlarını kəsdi – Video

Penitensiar Xidmətin Müalicə müəssisəsində damarlarını kəsərək aclıq edən Yan Razobarskinin sağlıq durumu kritik həddə çatıb. Bu barədə azadliq.info-ya onun həyat yoldaşı Sofiya Xaliman bildirib. İyunun 20-də Müalicə Müəssisəsində ərinin yanında olan xanımı onun artıq danışa bilməiyini ə deyib. Buna baxmayaraq aclığı davam etdirməkdə israrlıdır.

Yan Ranobarskiyə Qırmızı Xaçın nümayəndələri də bir neçə dəfə baş çəkib. Sofiya Xalimanın deməsinə görə Müalicə Müəssisəinin əməkdaşları Qızıl Xaça da  yanlış məlumatlar verirlər. “Yanın səhhətinin normal olduğunu deyirlər. Amma onun salığının nə yerdə olduğunu yaxşı görürəm. O,  artıq ölür. Çəkisi 45 kiloqramdan aşağı düşüb. İçdiyi suyu da qaytarır”, -deyə Sofiya Xaliman bildirib.

Bu gün Bakıdakı Mixail Arxenqel provoslav kilsəsinin keşişi Mifodiy də Yan Raznobarski ilə görüşüb. Ondan aclığı dayandırmasını xahiş edib.

Keşiş görüş barədə açıqlama verməyib. Amma onun sağlıq durumu və tələbəri  barədə aidiyyatı orqanlara məlumat verəcəyini deyib.

Sofiya Xaliman ərinin son vəziyyəti barədə məlumtla yanaşı onun bir həftə əvvəl telefonla zənginin aidio-yazısını da əməkdaşımıza təqdim edib. Həmin  səs yazısının yayılmasını xahiş edib.

azadliq.info

Bu yazını paylaş

Təkbaşına aksiya keçirən AXCP fəalı həbs olunub

Next Story »

Səlim Müslümov Samir Şərifov yolu gedir: mediada yazılar silinir – Müəmma

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *