• Baxış sayı 542

Nazirlər Kabineti önündə aksiya keçirilib – VİDEO

Bu gün işğal altındakı rayonların büdcə təşkilatlarında çalışan yüzlərlə məcburi köçkün Nazirlər Kabineti önündə yenidən toplaşıb. Onların sonuncu iş yerlərindəki əmək haqları indiyə kimi ödənilirdi. Artıq 1 il 5 aydır həmin “dondurulmuş əmək haqqı” adı ilə tanınan maaşlar verilmir. Aksiyaçılar bildirib ki, keçən qəbulların birində Baş Nazirin müavini Əli Əhmədov problemin həll olunmasına söz versə də, hələki bir müsbət nəticə yoxdur. Etiraz edənlərin əsas tələblərindən biri də torpaqların azad edilməsidir. Onlar 25 il aldadılmalarını dilə gətiriblər. Ara fasilələrlə “Baş Nazir, bizi qəbul et!” şüarı səsləndiriblər.

Hadisə yerində olan əməkdaşımıza öz peşə fəaliyyətini sona kimi yerinə yetirməyə imkan verilməyib. Lakin aksiyadan əldə olunan bəzi görüntüləri izləyicilərimizə təqdim edirik.

azadliq.info

Bu yazını paylaş

Niderlanddan deportasiya olunmaq istəməyən azərbaycanlı özünü öldürüb

Next Story »

Elmar Vəliyev prezidentin qovduğu məmurun əli ilə ev yıxır, adam döyür – Video

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.