• Baxış sayı 374

Şəkidə özbaşınalıq: Kərəm Həsənovun işçiləri qadını küçəyə atıblar – Fakt!!!

“Özəlləşdirmə proqramı həyata keçirilən dövrə qədər Şəkidə İctimai İaşə Birliyinin nəzdində fəaliyyət göstərən M.Müşfiq küçəsində yerləşən “Səbuhi” kafesi mərhum ərim Bəkirov Əflatun Həsən oğluna məxsus olub

Mən də bu kafedə 2013-cü ilə, yəni ərim rəhmətə gedənə qədər aşpaz işləmişəm.

Bizdən əlavə bu kafedə 11 nəfər insan müxtəlif vəzifələrdə çalışmış və orada payçı kimi özəlləşdirmə çeklərinə malikdirlər. Sonradan həmin kafe özəlləşdirilərkən bizə heç bir məlumat verilməyib.

Bizim hər hansı bir razılığımız olmadan qeyd edilən kafe, əvvəllər üzünü görmədiyimiz və həmin kafedə bir gün də belə işləməyən bir nəfər şəxsin Samir Knyaz oğlu Məmmədovun adına qeyri-qanuni özəlləşdirilib.

Bu sözləri FİA.Az-a göndərdiyi şikayət məktubunda Şəkinin R.Axundov küçəsi, ev 16 ünvanında yaşayan Bəkirova Səadət Laçın qızı yazıb.

Onun sözlərinə görə, bununla bağlı Şəki Daşınmaz Əmlakın Reyestr xidmətinə dəfələrlə müraciət etsə də, heç bir cavab verilməyib.

Hətta qeyd edilən idarənin işçiləri Bəkirova Səadət Laçın qızının sinəsindən itələyərək zorla çölə çıxardıb və “get kimə istəyirsən şikayət elə” deyərək onu idarədən kobud surətdə qovublar.

“Nəzərinizə çatdırmaq istəyirik ki, həmin obyekti guya ki, 2001-ci ildə saxta və qanunsuz sənədlərlə özəlləşdirən Samir Knyaz oğlu Məmmədov, bu obyektə 06.11.2004 -cü ildə çayçı kimi işə düzəlib və həmin gündən də ona vergi ödəyicisi kimi VÖEN açılıb.

Bu şəxs kafenin əvvəlki sahibi Bəkirov Əflatunu həmin dövrdə onun xroniki alkoqolizm xəstəliyindən müalicə olunduğu haqqında məlumatı olmasına baxmayaraq, mütəmadi olaraq qəsdən spirtli içki içirmiş və bilavasitə onun ölümünə səbəb olub. Onun bu hərəkəti mütəmadi etməsinə səbəb isə obyekti ələ keçirmək olub.

Ərimin müəmmalı şəkildə ölümü bizdə və onun ailə üzvlərində kifayət qədər suallar oyatsa da, bununla əlaqədar müvafiq orqanlara müraciət olunmasına baxmayaraq heç bir ölçü götürən olmayıb”,-deyə məktubda vurğulanıb.

Şəki sakini bildirir ki, Samir Knyaz oğlu Məmmədov dövlət orqanlarını və səlahiyyətli şəxsləri aldadaraq kafenin arxasında, yanında olan bələdiyyə torpaqlarını da hərracdan kənar, vəzifədə olan bəzi məmurların himayədarlığı ilə saxta sənədlərlə özəlləşdirib.

FİA.Az xəbər verir ki, şikayətçi prezidentdən kömək istəyib. Onun dediyinə görə, dövlət rəhbərliyinə müraciət etdikdən sonra təzyiqlər daha da şiddətlənib.

“Şəki Rayon Prokurorluğunda bu müraciətlə əlaqədar araşdırma başlandı. Araşdırma gedə-gedə özlərini sudan quru çıxarmaq üçün və cinayət məsuliyyətindən yayınmaq üçün S. Məmmədova Dövlət Əmlak Komitəsinin Şəki Ərazi Reyestr İdarəsinin sabiq müdiri Ş. Şirinzadə və torpaq şöbəsinin müdiri B.Məsimov tərəfindən tələm-tələsik saxta texniki pasport verildi. Prokurorluqda aparılan araşdırmadan sonra mənə cavab verildi ki, bu iş məhkəməlikdir.

O gün, bu gün məhkəmələr qapısındayam. Bu günə qədər Bakı İnzibati-İqtisadi (İş № 2-1(82)-3446/2016), Şəki İnzibati-İqtisadi, Şəki Rayon, Şəki Appelyasiya (İş№ 2(107)-2862/2017), Azərbaycan Respublikasının Ali Məhkəmələrində (İş №2(102)-5400/2017) ümumilikdə 20-ə yaxın məhkəmə baxışı keçirilib.

Bu günə qədər möhtərəm hakimlərə başa sala bilmirəm ki, mənim mübahisə etdiyim İctimai İaşə Müəssisəsinin nəzdində olan yüngül konstruksiyalı dəmir pavilyondur.

Ancaq məhkəmələrin ciddi israrla araşdırdıqları isə S. Məmmədovun başqa ünvanda yerləşən obyektə məxsus sənədlə saxta yolla özəlləşdirdiyi daş konstruksiyalı kafedir.

Qeyri-qanuni aparılan özəlləşdirmə, saxta, tərtib olunan sənədlər, ailəmə, mənə və payçılara qarşı törədilən haqsız əməllər, inanın bizi həyatdan bezdirib.

Biz prezidentə müraciəti böyük ümidlə etmişdik, amma bizə qarşı olan bu haqsızlıqlar bizi belə düşünməyə vadar etdi ki, Samir Məmmədovun özü və ona himayədarlıq edən məmurlar da heç kəsdən qorxmurlar”.

Bu yazını paylaş

Elmar Vəliyev prezidentin qovduğu məmurun əli ilə ev yıxır, adam döyür – Video

Next Story »

Tural Sadıqlı: Hakimiyyətin mənə qarşı sui-qəsd planı vardı

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.