• Baxış sayı 408

Təkbaşına aksiya keçirən AXCP fəalı həbs olunub

Füzuli Hüseynov

Füzuli Hüseynova 10 sutka cəza veriblər

ReAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə təkbaşına aksiya keçirən AXCP fəalı Füzuli Hüseynovun saxlanıldığı bildirilir.

Füzuli Hüseynov iyunun 14-də Bakıda Nizami küçəsində təkbaşına aksiya keçirib.

“Turan”-ın məlumatına görə, aksiya zamanı saxlanılan AXCP fəalı barəsində yalnız günyarım sonra məlumat verilib. İyunun 15-də axşam saatlarında məlum olub ki, o, 10 sutka həbs olunub və Biləcəridə inzibati həbs olunanların saxlanma məntəqəsindədir.

Bu, F. Hüseynovun ilk təkbaşına aksiyası deyil. Bundan əvvəl də eyni motivli aksiya keçirərək siyasi məhbuslara azadlıq tələb edib.

2017-ci ilin oktyabrında müxalifətin mitinqində iştirak etdiyi üçün 30 sutka həbs olunub.

Bu yazını paylaş

Siyasi mәhbus ailәlәri gәzintiyә çıxdı, polis onları saxladı (Video)

Next Story »

Çentralda aclıq edən məhbus damarlarını kəsdi – Video

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.