• Baxış sayı 534

Tural Sadıqlı: Hakimiyyətin mənə qarşı sui-qəsd planı vardı

Tural Sadıqlı

”Sayıqlığım və Nürnberg polisinin anında müdaxiləsi ilə plan baş tutmadı”

Almaniyanın Nürnberg şəhərində yaşayan azərbaycanlı fəal Tural Sadıqlı Azərbaycan hakimiyyətinin ona qarşı sui-qəsd planı olduğunu söyləyir.

Bu barədə Meydan TV-yə danışan Tural Sadıqlı deyib ki, 2 iyundan etibarən evinin yaxınlığında 3 nəfər Azərbaycanəsilli Gürcüstan vətəndaşlarını görür:

“Sui-qəsdi onlar törədəcəkdi. Sadəcə münbit şərait gözləyirdilər. Sayıqlığım və Nürnberg polisinin anında müdaxiləsi ilə plan baş tutmadı”.

“Azad Söz” internet resursu Tural Sadıqlının çəkdiyi fotoşəkillər əsasında onun evinin yanında hərləndiyi deyilən 3 nəfərin kimliyini təsbit edib. Bildirilir ki, hər üç şəxs kriminal aləmin aktiv üzvləridir. Saqqalı ilə diqqət çəkən şəxslərdən birinin adı Anar Qurbanovdur.

Tural Sadıqlı deyib ki, Almaniya kriminal polisi məsələ ilə bağlı cinayət işi açıb.

Aprelin 11-də Berlində Azərbaycan Səfirliyinin qarşısındakı etiraz aksiyasından sonra da Tural Sadıqlıya 3 Gürcüstan vətəndaşı tərəfindən sui-qəsd cəhdi olduğu bildirilirdi və olay polisin müdaxiləsilə baş tutmamışdı. Həmin gün saxlanılan Sərxan Vəliyev adlı şəxsin avtomobilindən bıçaq və dəyənək aşkar edilmişdi.

“Bu, Azərbaycan hökümətinin növbəti çirkin əməlidir və təəssüf ki, bu dəfə “oğru aləmi”nin nümayəndələrini işə cəlb etməklə həyata keçirməyə cəhd edib”, – Tural Sadıqlı vurğulayıb. Sui-qəsdin kimin tərəfindən hazırlanması haqda konkret məlumat yoxdur.

Tural Sadıqlının atası Əlövsət Sadıqlı deyir ki, oğlunun apardığı siyasi mübarizədir. Siyasilər kriminal aləmin daxili işinə qarışmadığı kimi, kriminal aləm də siyasilərin daxili işinə qarışmamalıdır:

“Həm də nəzərə almaq lazımdır ki, siyasi hakimiyyət əbədi olmur və dəyişəndir. Belə bir dəyişmə gözləniləndir və baş verdiyi halda, siyasilərin daxili işinə müdaxilə edən, daha dəqiq desək, hakimiyyətin maşası olmuş kriminalların aqibətinin də xoş olmayacağı şəksizdir. Ona görə də məsləhətdir ki, hakimiyyətin fitvasına gedən bu psevdokriminallar ziyanın yarısından da olsa, qayıtsınlar”.

Bu yazını paylaş

Şəkidə özbaşınalıq: Kərəm Həsənovun işçiləri qadını küçəyə atıblar – Fakt!!!

Next Story »

Xaçmazda Azərbaycan bayrağını ayaq altına tökdülər

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.