• Baxış sayı 773

“Allaha dua et ki…” Əfqan Sadıqova məktub-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirəm. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Bu müqəddəs Ramazan ayının gəlişinin ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb. Bu gün zindanlarda yüzlərlə günahsız insanımız həbs cəzasına məhkum edilib və olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir. Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda, isti yuvasından, doğma od-ocağından ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq. Bu məktubların sahiblərinə çatmasına da çalışacağıq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək. Bütün iştirakçıları, məktub sahiblərini və məktub ünvanladığınız məhbusların yaxınlarını “Zindannamə”nin təqimatına dəvət edəcəyik.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkürümüzü çatdırırq.

Beşinci günün məktubunu jurnalist Əfqan Sadıqova onun xanımı və həmkarı Sevinc Sadıqova ünvanlayıb.

 

“Evə zəng gəldi. Əfqanla eyni korpusda olan bir məhbus zəng etmişdi. Dedim nəsə olub ki, siz zəng etmisiz Əfqan yox. Dedi bacı, narahat olma bir söz deyəcəm, bəs Əfqanı 14 günlük karsa salıblar… Çox pis oldum.

Xatırlayıram ki, havanın soyuyan vaxtları idi və səhəri gün hava çox soyuq oldu. Bilirdim ki, Əfqanın isti paltarı yox idi yanında. Səhər tezdən durdum, Əfqan üçün isti paltar götürdüm, bir az yemək və bir məktub yazdım tələsik.

17 saylı həbsxananın görüş otağına daxil oldum. Xatırlayıram görüşü yazan Nəcəf adlı bir oğlan idi. Məni görən kimi dedi: bilirsinizdə Əfqana 14 günlük kars verilib və sizə görüş verə bilmərik. Dedim ki, bilirəm narahat olmayın. Hava soyuyub, bu günsə çox soyuqdu dedim. Əfqanında isti paltarı da yoxdu yanında, bir azda yemək gətirmişəm… Çox xahiş edirəm Nəcəf müəllim, bunları Əfqana çatdırasınızmı!?

Əvvəl düşündüm ki, deyəcək ki, bacı, narahat olma niyə çatdırmıram… Amma əksi oldu, dedi: Siz Allah inciməyin mümkin deyil. Əlimi saldım gödəkçəmin cibinə, yazdığım məktubu dört qatlayıb cibimə qoymuşdum. Məktubu uzatdım Nəcəf müəllimə: Çox xaiş edirəm heç olmasa bu məktubu verərdiniz.

Yenə düşündüm ki, yəqin ki, heç olmasa məktubu alar amma çox təəsssüf, dedi ki, mümkin deyil, karsa heçnə göndərmək olmaz. Başımı qaldırdım baxdım Nəcəf müəllimin üzünə, gözlərim elə dolmuşdu ki, ağlamayım deyə özümü güclə tuturdum. Evə qayıdanda yolda o qədər ağladım ki, çox pis olmuşdum.

…Həmin məktubu hələdə saxlayıram

“Əfqan salam, necəsən demiyəcəyəm, çünki necə olduğunu məndən yaxşı heç kim hiss edə bilməz. Çünki mən sənin hər ağrını, acını yanında olmasamda hiss edirəm. Mən səni həyatımdan da çox sevirəm, sənin nəinki, özünə, barmağının bir ucuna nəsə olsa dözmərəm. Mənim ən zəif və ən güclü nöqtəm sənsən. Xaiş edirəm ki, pis heçnə düşünmə. Yaxşı günləri düşün, Allaha dua et ki, pis günlərin rahat keçsin. İnanıram ki, Allah səni sağ-salamat çıxardacaq bu zindandan inşAllah, Amin!!!

Bu həftə görüşə gələcəkdim qismət- alınmadı. Amma sən karsdan çıxan kimi gələcəm yanına. Nə qədər canım sağdı, Allah mənə ömür verib səni tək qoymayacağam. Allaha əmanət ol! Möhkəm ol! Səbirli ol!

İmza: Həyat yoldaşın Sevinc

29.09.2017-ci il.””

Əfqan və Sevinc Sadıqovlar

XATIRLATMA

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. OnaCM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbusların siyahısına daxil edib.

Bu yazını paylaş

Next Story »

CƏLİLABAD ARIQ EŞŞƏYİN YAYLAĞIDIR !!!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.