• Baxış sayı 906

Azərbaycanlı hüquq müdafiəçiləri Tbilisidə hüquq müdafiə təşkilatı yaradıb

AZEL.TV amerikaninsesi.org-a istinadən xəbər verir ki, Gürcütanda mühacirətdə olan hüquq müdafiəçiləri Avtandil Məmmədov və Elçin Namazov bu ölkədə “Hüquq və Azadlıqların Müdafiə İnstitutu”(HAMİ) adlı hüquq müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir. Bu barədə HAMİ məlumat yayıb.

Təşkilat hüquqi yardım göstərməyi, ictimai dəstəyin təşkilini, beynəlxalq təşkilatları məlumatlandırmağı, mühacirlərə mümkün formalarda yardım göstərməyi nəzərdə tutur.

Məlumatda deyilir ki, qurumun təsis edilməsi Azərbaycanda hüquq-müdafiə təşkilatlarının iflic vəziyyətə salınması zərurətindən irəli gəlib.

“Azərbaycan hakimiyyətinin basqıları səbəbindən ölkəmizdə əksər qeyri-hökumət təşkilatları fəaliyyətini dayandırmışdır. Bəziləri isə hakimiyyətin ciddi təsiri altında fəaliyyət göstərməkdədir. Rejim insan haqlarının mütəmadi pozuntusuna qarşı dirəniş göstərən hüquq müdafiəçilərini sıxışdırmaqla, Azərbaycanda arzuolunmaz vəziyyət yaradıb. Nəticədə insan hüquq və azadlıqların qorunması sahəsində ciddi boşluq mövcuddur. Həmçinin, hakimiyyətin təqib və təzyiqlərindən yaxa qurtarmaq üçün ölkəni tərk edən xeyli vətəndaşlarımız vardır ki, qonşu Gürcüstana sığınıb. Lakin Gürcüstan hökuməti Azərbaycanla sıx biznes əlaqələrində olduğu üçün eyni zamanda, vacib iqtisadi müqavilələrin həyati əhəmiyyətini göz önünə alaraq, azərbaycanlı mühacirləri adətən, burada diqqətdən kənar, risk altında saxlamaqdadır. Qeyd olunan neqativ halların mümkün qədər aradan qaldırılması üçün səylərimizi birləşdirməyi və təşkilat formasında fəaliyyət göstərməyi zəruri hesab edirik”, xəbərdə qeyd edilir.

Azərbaycan hökuməti ölkədə insanların bütün hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Rəsmi Bakı bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Bu yazını paylaş

NAZİR SAHİL BABAYEVİN MÜAVİNİ QARABAĞ ƏLİLİNƏ ”ƏMRİ PREZİDENT VERİB, GED ONDAN DA TƏLƏB ET” DEDİ

Next Story »

ABŞERON RAYON İCRA BAŞÇISI QARABAĞ (QADIN) QAZİSİNİN AİLƏSİNİ KÜÇƏLƏRDƏ QOYACAQ !!!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.