• Baxış sayı 1851

BƏDƏNİNDƏ ERMƏNİ QƏLPƏSİ DAŞIYAN MƏHBUS HƏBSXANADA ÖLÜR -VİDEO, FOTO

Həmid Əliyevlə Müalicə Müəssisəsində (Çentralda) eyni palatada olmuşuq. Özünü çox pis hiss edirdi. Nevroz yaranıb. Bir yandan da ona qarşı olunan bu ədalətsizlik onu daha da yıxır. Köynəyini qaldırıb erməni gülləsindən aldığı yaralarını mənə göstərdi. Yediyi yeməy\ini qaytarır, mədəsindən qan gəlir. Deyir pulum yoxdur. Əgər iİstəyirlərsə böyrəyimin birini onlara hədiyyə edim işimə ədalətlə baxsınlar. Qarabağ müharibəsi iştirakçısı, əlil məhkum aclıq aksiyasına başlayacağını deyir.Əslində özü də çox gözəl bilir ki, bu dəfə başladığı aclıq aksiyasından sağ çıxa bilməyəcək. Həmidin ailəsi; qca ata-anası, yoldaşı deyirlər, Əgər Həmid bu aclığa başlasa biz də ailəlikcə, hətta 2 azyaşlı xəstə uşaqları da götürüb gedəcəyik Prezident Aparatının qarşısında oturacaq, Həmidlə birlikdə aclığa başlayacağıq. Bizə başqa bir yol qoymadılar. Bizim ailənin başına gələcək olan faciəyə ölkə rəhbəri və Ədliyyə Nazirliyi, DİN, Respublika Prokurorluğu məsuliyyət daşıyacaq. Biz son xəbərdarlığımızı etdik. Ölkəmizdəki haqsızlıq qurbanlarından olan bu çarəsiz ailəyə Allah yardımçı olsun.

ƏFQAN SADIQOV

AZEL.TV

Bu yazını paylaş

LƏNƏTLƏNMİŞ SEÇKİ QUTUSU, YOXSA ƏLƏDDİNİN SEHİRLİ ÇIRAĞI ???-Video

Next Story »

SÖZÜM AZAD SÖZƏ VƏ MÜSTƏQİL MƏTBUATA DÜŞMƏN KƏSİLƏNLƏRƏDİR !!!

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.