• Baxış sayı 492

BU ÖLKƏDƏ BÜTÜN VƏTƏNDAŞLAR HƏBS OLUNACAQLAR !!!

Kürdəxanıda olduğum vaxt (06.11.2017.) aliment məsələsiylə həbs olunmuş Neftçala rayon sakini Zahir Əvəz oğlu Sərdarovu bizim kameraya gətirdilər.
Zahir Sərdarov danışdı ki,hakim məni məhkəməyə çağıranda çantamı hazırladım,evin qapısını bağladım,açarı da cibimə qoyub getdim.Hakim məndən-bu nə yükdür-soruşduğunda,dedim
: bilirəm ki,məni həbs edəcəksiniz,onsuz da kimsəni yan buraxmırsınız,bura gələni qamarlayırsınız.mən də hazırlıqlı gəlmişəm.
Doğrudan da 02.11.2017-ci il tatixdə saat 15:00 da Azərbaycanın bədbəxt vətəndaşlarından olan Zahir Sərdarov həmin prosesdə həbs olundu.
Zahir Sərdarov :”mən ailəmdən ayrilmışam,əgər mən 55 manat pensiya alıramsa,3 uşağa 300-400 manat pul tələb edən məhkəmə hakiminə deyirəm,mən nə edim,oğurluq edim?adamın arxasında güclü ( təbii ki,məmurların cibinin,qolunun gücü nəzərdə tutulmur )məmurlar,dövlət,hakimiyyət olmayanda,vətəndaşlar kütləvi həbs də olunar,aclıqdan ölər də.
P.S Azərbaycan Respublikası Konstitusiyasının maddələrindən biri-Maddə 27. Yaşamaq hüququ. Hər bir vətəndaşın bu ölkədə rahat,sərbəst,azad yaşama hüququ var !!!
Əgər ölkə vətəndaşları öz dövətində məmurlara inanmır,arxa çevirə bilmirsə,daima səksəkə,qorxu,narahatlıq içində yaşayırlarsa-pulu hardan qazanım,aldığım 5-3 manatı rüşvət yoluyla əlimdən almasınlar,birdən baxışım,cavabım xoşlarına gəlməz məni həbs edərlər-o zaman belə bir maddə,belə hakimiyyət,boşuboşuna gecə-gündüz özünü tərifləyən belə məmurlar kimə,nəyə lazımdır???
XAHİŞ EDİRƏM,SİZ DEYİN.

Əfqan Sadıqov Azel.tv-nin baş redaktoru

Bu yazını paylaş

CƏLİLABAD ARIQ EŞŞƏYİN YAYLAĞIDIR !!!

Next Story »

TURAL SADIQLININ HƏYATI TƏHLÜKƏDƏDİR !!!

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.