Cəlilabadda (el arasında İran Bazırı kimi tanınan) Rizvan Şirkəti niyə bağlanmır ???

Cəlilabaddan xeyli sayda insanlar bizimlə əlaqə yaradaraq bu barədə çox ciddi narahat olduqlarını bildirirlər.

Azərbaycanda ölkə rəhbərinin, insanların kütləvi toplaşa biləcəyi yerlərin; bazarların, restoranların, şadlıq evlərinin, ticarət mərkəzlərinin fəliyyəti və yaxudda fəaliyyətinin dayandırılması haqqında əmri var.
Bizim məqsədimiz vətəndaşların çörək pulu qazanmalarına əngəl olmaq deyil. Əksinə, vətəndaşlarımızın sağlamlığı ən önəmli məsələdir.
Dünyanın dörd tərəfini bürüyən koronavirusun tüğyan eydiyi bir zamanda hansısa bir sahibkarın, iş adamının, idarə və müəssisə rəhbərinin öz maddi vəziyyətinin yaxşılaşması ölkə vətəndaşlarının taleyindən önəmli olmamalıdır və ola da bilməz.
Cəlilabadın “Rizvan Şirkəti”ndə mer-meyvə, toyuq-cücə, balıq, göy-göyərti, digər ərzaq malları, plastmas qab-qacaq, dönərxanalar və müxtəlif satlıq malları birbirinə qarışır. Əsasən də alver edən satıcı və alıcılar həddən artıq sıxlıq yaradırlar. Əgər bu bazara koronavirusa yoluxmuş 1 nəfər daxil olarsa, insanlar arasında kütləvi formada yoluxma baş verəcək. Və bu dəhşətli hadisəyə kim cavab verəcək ???
Onu da diqqətinizə çatdıraq ki, hal hazırda Cəlilabad çox ciddi karantin altında olan bir rayondur.
Hər halda Rizvan Şirkətində ticarətlə məşgul olan, işləyən insanlar dövlətin vətəndaşlar üçün ayırdığı kompensasiyanı tələb etməli və evdə oturaraq müvəqqəti olaraq karantin müddəti bitənə qədər idarə edə bilməlidirlər.
Hər kəsdən diqqətli olmağı və sağlamlıq-gigiyena qaydalarına əməl etmələri xahiş olunur.

Əfqan  Sadıqov Azeltv

Bu yazını paylaş

Zakir Fərəcovla bağlı biabırçı

Next Story »

SUMQAYITI ÇƏNLİBELƏ, ƏBU HƏSƏNİN MAĞARASINA ÇEVİRƏNLƏR

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.