Hakimiyyətin tikinti biznesinə korrupsiya hədiyyəsinin ağrıları

Ölkədə fəaliyyət göstərən tikinti şirkətləri 2005- 2015-ci illər arasında hakimiyyəti idarə edənlərə mənsub olan banklardan rüşvət hesabına yüksək faizli kreditlər alaraq sifarişçi vətəndaşlara qarşı həndəsi silsilə üzrə maliyyə fırıldaqları törətmişlər. 2015 -ci ildən sonra hüquq mühafizə orqanlarında tikinti biznesi ilə məşğul olan 40- a yaxın şirkətin barəsində cinayət işlərinə baxılıb.Maliyyə fırıldaqlarına və dələduzluğa görə çoxlu sayda “günahkar” həbs olunub.Əksər hallarda vətəndaşlara dəyən maddi ziyanlar ödənilməyib.
Hakimiyyət səviyyəsində idarə olunan korrupsiya və rüşvət epidemiyasının ağrısını minlərlə insan çəkir.

“MEQA SİTİ HOIDİNQ” MMC- nin maliyyə fırıldaqlarının qurbanları köməksiz qalıb. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Asim Yusubov zərərçəkən Rzayev Əlirza İmanverdi oğlunu bir ilə yaxındır ki, aldadır.
Masallı rayonu Tatyanoba kənd sakini Rzayev Əlirza İmanverdi oğlu tikinti biznesi ilə məşğul olan “MEQA SİTİ HOIDİNQ” MMC- nın maliyyə fırıldağının qurbanlarından biridir. O, 05 may 2015- ci ildə holdinqin icraçı direktoru Məmmədov Elnur Adil oğlu ilə müqavilə bağlayaraq Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində Talıblı küçəsi – 1 ünvanında tikintisinə başlanmış yaşayış binasında 50.2 kv metr sahəli bir otaqlı mənzil növbəsinə yazılmış və mənzil üçün 30(otuz) min 500 ( beş yüz) manat pul ödəmişdir.Elnur Məmmədov ona möhürlü- imzalı maliyyə arayışı da verib. Lakin 21 yanvar 2016- cı ildə bir neçə şəxsi aldadıb pullarını mənimsədiyinə görə holdinqin rəhbəri Qədirov Aqil Əhməd oğluna qarşı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi açılıb.İcraçı direktor Elnur Məmmədov və onun şəriki Maksim Zeynalov Əlirza Rzayevi əmin etmişlər ki, mənzil almaq üçün bağladıqları müqavilə tam hüquqi əsaslara malikdir və 61 -ci mənzil onun istifadəsinə veriləcək.
2017-ci ildə tikintisi başa çatmış yaşayış binasında mənzillərin sahiblərinə verilməsi zamanı məlum olmuşdur ki, Əlirza Rzayevin adına yazılan 61 saylı mənzilə görə Bakı şəhər sakini Səlimov Firudin Müzəffər oğlu da 25 iyun 2014 -cü ildə 20(iyirmi) min 100(yüz) ABŞ dolları ödəmiş və maliyyə arayışı almışdır.Bundan sonra Əlirza Rzyevin əzablı günləri başlayıb və hal – hazıra kimi davam edir. 2018- ci ildə vətəndaşların çoxsaylı şikayətlərinə əsasən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində “MEQA SİTİ HOLDİNQ”MMC -nin rəhbərliyinə qarşı Azərbaycan Respublikası CM- nin 178.3.2-ci və 177- 189 maddələri ilə cinayət işinin istintaqına başlanılıb.Holdinqin rəhbəri Qədirov Aqil Əhməd oğlu və icraçı direktor Məmmədov Elnur Adil oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Şəriklərdən biri olan Maksim Zeynalov isə azadlıqda qalıb.Əlirza Rzayevin bildirdiyinə görə müstəntiq Asim Yusubov zərərçəkən şəxs qismində ondan da izahat alıb cinayət işinə əlavə etmişdir.Lakin müstəntiqlə əlaqəyə girən Maksim Zeynalov ona dəyən maddi ziyanın ödənməsinə mane olmuşdur. O, 05 may 2019 -cu il tarixdən 22 may 2019- cu ilə kimi keçirilən məhkəmə prosesinə çağrılmamışdır. Bir il müddətində müstəntiq Asim Yusubova dəfələrlə zəng etsə də müraciətləri nəticəsiz qalıb.Asim Yusubov onu aldadaraq hər dəfə vəd verir ki, istintaq davam edəcək və maddi ziyan ödəniləcək.Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Asim Yusubovun göstərişiylə Maksim Zeynalov tərəfindən hazırlanan siyahiyə əsasən 36 nəfər zərərçəkənin iştirakı təmin olunmuşdur.Çoxlu sayda zərərçəkənlərin hüquqları pozulub, bir sözlə istintaq orqanı holdinqin rəhbərliyinin maliyyə fırıldaqlarının və dələduzluq cinayətlərinin həcmini kiçiltmişdir.Sual olunur, dələduzları və “MEQA SİTİ HOLDİNQ” MMC- ni hansı oliqarx məmur himayə edir ki, istintaq orqanı onun qarşısında aciz qalıb? Zərərçəkən Əlirza Rzayev bildirir ki, Maksim Zeynalovun mövqeyi prosesdə həlledici rol oynayır. Mənzil almaqdan ötrü Elnur Məmmədova verdiyi 34(otuz) min 500(beş) yüz manat pulun 15( on beş) min manatını yaxın qohumlarından borc alıb. Hal- hazırda ailəsi ağır maddi və mənəvi sıxıntı içində yaşayır. Dövlət tərəfindən kömək yoxdur. Ona dəyən maddi ziyan isə bilavasitə müstəntiq Asim Yusubovun aldatması nəticəsində ödənməmişdir.Onun tutduğu mövqeyə görə hüquqları pozulmuşdur. O, Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova müraciətlər etməsinə baxmayaraq, başdansovdu cavablardan başqa nəticə hasil olmamışdır. Biz isə Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova müraciət edirik, Əlirza Rzayevin və digər vətəndaşların pozulmuş hüquqlarını hansı ölkənin qanunları ilə bərpa etmək olar?!

AZELTV

Bu yazını paylaş

66 yaşlı Zakir Fərəcov küçəyə çıxdı və yaşıdlarına öyüd verdi – Fotolar

Next Story »

Yardımlı profilində Mahir Mirzəyev kimdir? – Müsahibə

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.