Haqqımızı vermirsən, barı, dilənçi payımızı ver

Haqqımızı vermirsən, barı, dilənçi payımızı ver 

 
Qaçaq  Zakir Fərəcov

 

Zakir Fəcəov  beyninə nə qanı vurdurur ? 

 

Sumqayıt  Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı  son günlər yazılan  qarğış-nifrət  dolu şikayətləri oxuyanda yadıma məşhur “Qaçaq Nəbi” ( bəzi mənbələrdə “Atları yəhərləyin”, yaxud  “Qanlı zəmi” ) filmi düşür.

 

Yəqin  oxucu üçün  maraqlı olacaq ki, mərd-qoçaq  xalq qəhrəmanı Qaçaq Nəbi hara, namərd-qaçaq-çinovnik   Zakir Fərəcov hara?

 

Filmdə bir  epizod var. Müqəddəs Novruz bayramında kəndin sakinlərini qana boyayırlar  və fəryad dolu bir səs eşidilir: “Ayy camaat, bayramımızı qana boyadılar..”

Bəli, iş adamlarının, sahibkarların, fəhlələrin şikayətlərində  Zakir Fərəcovun onların bayramını qana boyadığı açıq hiss olunur. İnsanlar öz halal haqlarını Zakir Fərəcovdan ala bilmirlər, az qala dilənməyə məcbur olurlar. Zakir Fərəcov insanların  halal  haqqını dilənçi payı kimi də qaytarmaq istəmir. Zakir Fərəcov və yaxınları  bayram günü  şair  demişkən, “noğulun-şəkərin” içində üzür. Amma Fərəc kişinin oğlu başa düşmür ki, müqəddəs Novruz bayramında onun haqqını vermədiyi  işçilərin evində heç  “axta zoğal” da yoxdur.

 

Barı, müqəddəs gündə insanların haqqını qaytar, cənab Zakir Fərəcov…Axı, o insanların qarğışı  iraq olsun səni bir gün tuta bilər…sən nə qədər  gizlənə  bilərsən, QAÇA bilərsən bu insanlardan, ay QAÇAQ  ZAKİR FƏRƏCOV…

 

“Qaçaq Nəbi” filmini əbəs yerə yada salmadıq. Qaçaq Zakir Fərəcov. Bəli, xeyli müddətdir Zakir Fərəcov təkcə haqqını tələb edən insanlardan deyil, həm də ölkədən QAÇAQ düşüb. Ayın 10-15 gününü ölkədə tapılmır, xarici ölkələrdə DONOR axtarır, Beyninə QAN vurdurur. Allah bilir hansı millətin qanını…

Tapdığı donorlar da hamısı kafir, namərd…Bəlkə də Zakir Fərəcovun  insanlara qarşı belə namərd davranmağının bir səbəbi də bu kafir donor qanıdır. Hara qaçırsan, ay Zakir Fərəcov ?

 

Bəs deyirdin İramis müəllim deyib ki, Sumqayıtı yenidən qur, abad elə, səni Bakıya mer  qoyacam. Bəə, nooldu…

 

Axı, ayın yarısını  xaricdə olmaqla ölkənin böyük şəhərini necə idarə edə bilərsən ? Get evində otur, müalicə ol dəə..

 

Cənab İlham Əliyev  ölkəni qarış-qarış gəzir, insanları qəbul edir, problemlərini dinləyir. Sən də bircə dəfə bu şikayətçilərin birini qəbul et, dinlə də. 

Bəs o YAĞMUR-un kasıb  işçilərinin pulunu niyə vermirsən, ay Zakir Fərəcov ?

Bəs adına qardaş  dediyin  türklərin şirkətinin borcunu nə vaxt ödəyəcəksən ?

Bəs 8 milyonu nə vaxt qaytaracaqsdan ?

 

Bayram günü  bu qədər narazı insanların qarğışını necə həzm edirsən, Fərəc kişinin oğlu ?

 

Prezident İlham Əliyev demişkən, xalqdan qorxmursan, barı Allahdan qorx, Zakir müəllim. Müqəddəs  Novruz bayramı günü çağır yüzlərlə haqqını vermədiyin insanları, bayramlarını təbrik elə, halallaş… Bəlkə səni bağışlayalar.

 

Son məlumata görə Zakir Fərəcov  martın 17-də  yenidən xaricə “qastrola”  gedəcək. Görəsən, Zakir Fərəcovun tez-tez xaricə getməsinə, orda 10-15 gün qalmasına kim icazə verir? 

Zakir Fərəcov şikayətçiləri nəinki  qəbul etmir, hətta onları Sumqayıt şəhərinə buraxmır. Deyir sizi həbs etdirəcəm. 

 (nuh.az)

Bu yazını paylaş

Zakir Fərəcovun yalanları…

Next Story »

İş adamlarından Zakir Fərəcova ağır ittiham

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.