Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 685

Məmurlar tərəfindən oğlu öldürülən ata prezidentə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Bakı şəhəri, T.Məmmədov küçəsi, ev 18,
mənzil 11 ünvanda yaşayan Hüseynov Bəybala
tərəfindən (tel.0552152017)

M Ü R A C İ Ə T

Hörmətli cənab Prezident !
20 aya yaxın müddətdir ki, Sizə müraciət edir, ailəmizin başına gətirilən müsibətlərlə bağlı bizə kömək etməyinizi xahiş edirəm. 2014-cü ildə oğlum Emin Hüseynov Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə texniki işçi kimi işə qəbul edildi. Oğlumun bu idarədə ilk əvvəl texniki işçi, bir ildən sonra isə müstəntiq təyin edilməsi üçün idarə rəisinin birinci müavini Əli Nağıyev təkidlə məndən 200 min ABŞ dolları tələb etdi və məni bu pulu ödəməyə məcbur etdi . Bir ildən sonra oğlum E.Hüseynov nəinki yeni vəzifəyə təyin edilmədi, hətta, müəmmalı şəkildə öldürüldü. Türkiyə Xalq Cumhuriyyətindən aldığımız tibbi rəylərə əsasən,oğlumun ölümü xaricdən verilən zəhərlənmə nəticəsində baş vermişdir. Gözləmək olardı ki, Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi öz əməldaşının ölümünü diqqətlə araşdırılacaq, cinayəti törətmiş müqəssir şəxsləri məsuliyyətinə cəlb edəcəkdir. Təəssüf ki, keçən müddətdə prokurorluğun rəhbərliyi nəinki qatilləri tapmayıb, hətta ,baş vermiş cinayəti ört- basdır etməklə məşğul olmuşdur. Cənab Prezident ! Mən və ailəm çox ümidli idik ki, bizim başımıza gələn bu faciəni bilən kimi Siz müvafiq dövlət qurumlarına,vəzifəli şəxslərə təxirəsalınmaz tapşırıqlar verəcək, bizim üçün həyati əhəmiyyətli bu məsələni nəzarətdə saxlayacaqsınız. Təəssüflər olsun ki, bu belə olmadı, bizim “bala” fəryadımız sizə çatmadı. Halbu ki, sizin də bir oğlunuz var və onun faciəsi sizi heç vaxt rahat buraxmazdı. İndi mən,cavan oğul itirmiş ata qatillərlə üz-üzəyəm və hüquqlarımı qoruyacağına and içmiş prezidentə,Sizə əlim çatmır. Mən həmişə xalqın qarantı kimi Sizə inanmışdım, arxalanmışdım və ağlıma belə gətirə bilməzdim ki,pula görə insanları həyatdan məhrum etməyə qadir olan dövlət məmurlarımız vardır. İnsanların hüquqlarını qorumağa, korrupsiyaya qarşı mübarizə aparmağa borclu olan dövlət orqanının rəhbərliyinin belə ağır cinayətlərdə iştirakı millətin məhvinə aparan faciə deyilmi? Sizin ətrafınızda olan, belə cinayətlərdən verilən şikayətləri dərhal araşdırmağa , cinayət törətmiş vəzifəli şəxsləri məsuliyyətə cəlb etməyə borclu olan şəxslər öz xalqına, prezidentinə xəyanət etmirmi? Bu keçən müddətdə verdiyim çoxsaylı şikayətlərə reaksiya verilməməsi məndə belə bir qənaət yaratmışdır ki, cinayəti törədən vəzifəli şəxslər yuxarılardan dəstək alır və cəzasızlıq qalacaqlarına arxayındırlar. Cənab Prezident! Sizin ətrafınızda olan, bu müraciətimi də oxuyub Sizə məlumat verməyən, onu həmişəki kimi gedır-gəlməzə göndərən vəzifəli şəxslərə üzümü tutub deyirəm : Allah mənim başıma gətirilən müsibəti sizin də başınıza gətirsin,bala dağı nə olduğunu öz dərinizdə hiss edəsiniz . Böyük ümidlə baxdığım,həyatda məni əvəz edə biləcək yeganə oğlumun öldürülməsində günahkar şəxslərin aşkar edilməsi, cəzalandırılması üçün var gücümlə çalışacağam , günahsiz balamın qisasını almaq üçün son nəfəsimə qədər mübarizəmi davam etdirəcəyəm. Son ricam da ondan ibarətdir ki, Siz də Allahdan qorxun, rəhbərlik etdiyiniz ölkədə baş verən belə zülmlərin, qəddarlığın qarşısını qətiyyətlə alın, günahsız insanların faciə yaçamasına imkan verməyin.
Son ümidlə,
Bəybala Hüseynov,
06.05.2019

AZEL.TV

Bu yazını paylaş

MİLLİ MƏCLİSİN ÜZVÜ ADİL ƏLİYEVƏ VƏ ONUN “MEDAL”INA CAVAB!

Next Story »

Hüquq müdafiəçisi Respublika Baş Prokurorluğunu ifşa etdi-ŞOK GƏLIŞMƏ

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.