• Baxış sayı 1935

NAZİR SAHİL BABAYEVİN MÜAVİNİ QARABAĞ ƏLİLİNƏ ”ƏMRİ PREZİDENT VERİB, GED ONDAN DA TƏLƏB ET” DEDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin 1-ci müavini Prezidentin əmrlərini niyə“sabun köpüyü” hesab edir???

AZEL.TV-nin emailinə gələn bir şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik.

 

Salam olsun Azərbaycanın igid ve merd insanlarına!

Mən Cəfərov Şahin Musaxan oğlu, Salyan rayonu Yolüstü kəndində yaşayıram. Azərbaycanımızın torpaqları uğrunda gedən düyüşlərdə ağır güllə yarası almışam. 1-ci qrup əlil, yataq xəstəsiyəm. O gündən bəri bu vəziyətdəyəm. Hara gedrəm baxan yoxdur. Aldığım pensiya heç dərmanlarıma çatmır.

Üç nazirin qəbulunda olmuşam. Mənim problemim evlə bağlıdır. Hörmətli prezidentimiz 2014-cü il tarixdə qərar verdi ki, 2018-ci ilə qədər bir nəfər də olsun Qarabağ əlili evsiz qalmayacaq. Lakin buna baxmayaraq, 2018-ci il de sona catır. Mən may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin qəbuluna yazıldım. Üç ay sonra məni qəbula çağırdılar. Getdim. Məni Natiq müəllim, nazirin birinci müavini qəbul etdi. Mən orda ona etrazımı bildirdim ki, məni Sahil Babayev qəbul etməlidir axi. O məndən soruşdu, problemin nədir ?. Mən də ona dedim ki, neçə illərdir ev növbəsindəyəm, yaşamağa evim yoxdur. Hörmətli Prezidentimizin qərarında var ki, birinci qrup əlillər növbəsiz, evlə təmin olunmalıdırlar! Bəs niyə prezidentin qərarına hörmət etmirsniz ???  Sahil Babayevin 1-ci müavini mənə dedi ki, kim o qərarı veribsə, ged ondan da evni tələb et.

Doğrusu, 1-ci müavinin cavabı məni “şok”a saldı. Natiq müəllimə “sizdən Prezidentə şikayət edəcəm” dediyimdə, mənə cavabı bu oldu “kime şikayət edirsən et, prezidentin əmrləri özü üçündür” axırda mənim yanıma qayıdacaqsan. Görüm o zaman nə edəcəksən ???.

Mən artıq bilmirəm bu ölkədə kim kiçikdir, kim böyük. Nazir müavini prezidenti saymırsa, “prezident sənə heç nə verə bilməz, etsəm, bu işdə mən sənə yardım edə bilərəm” deyirsə, daha mənim, bizim, prezidentə nə inamımız qalacaq?!

 

AZEL.TV

Bu yazını paylaş

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

Next Story »

Azərbaycanlı hüquq müdafiəçiləri Tbilisidə hüquq müdafiə təşkilatı yaradıb

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.