Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində xaos

6 saylı CÇM-da tüğyan edən rüşvətxorluq, özbaşınalıq və vəzifədən sui-istifadə faktları geniş vüsət almaqla haqlı etirazlara səbəb olmaqdadır.
Müəssisəyə gətirilən məhkumların işgəncələrə məruz qoyulması və tələb olunan rüşvət nəticəsində yaranmış xaos aidiyyatı qrumları narahat etməsə də, böyük faciələrin yaşanmasını qaçılmaz edib.
İdarəolunmaz vəziyyətin formalaşmasında əsas pay sahibi olan müəssisənin rəisi Məmməd Mahmudovun baş nazirin keçmiş müavini Abid Şərifovun qohumu olması və özünü Ədliyyə naziri Fikrət Məmmədovun yaxını sayması, narazılıqlar nəticəsində formalaşan kütləvi şikayətləri cavabsız qoymaqdadır.
Penitensiar Xidmətin 6 saylı müəssisəsində gördüklərim və müşahidə etdiklərim dəhşətli mənzərənin səbəbkarlarının tezliklə cəzalandırılmasını şərtə çevirir.
Faktlar rəis Məmməd Mahmudovun yaratdığı xaosun nələrə səbəb ola biləcəyini aşkar ortaya qoya bilsədə, müəssisə aylıq 500.000 manat civarında rüşvətin gücüylə susqunluq yaradır.
1500 nəfərə yaxın insanın cəza çəkdiyi 6 saylı CÇM-da yaşananlar, sadə dillə desək özbaşınalıq və zülm kimi qeyd edilməlidir. Belə ki, 6 saylı CÇM-ya köçürülən məhkumların karantindən müəssisəyə buraxılması üçün 1500 manat rüşvət ödəməyə məcbur edilir. Bu tələbi yerinə yetirməyənlər hər 2 saatdan bir döyülür.
Karantindən çıxan məhkumları yataqxanaya yerləşdirmək üçün 100 manat.
Yeməkxanada ərzaq saxlamaq üçün ayda 100 manat.
Telefonla danışmaq üçün ayda 300 manat.
Həkim müayinəsi üçün 50 manat.
Valideyinlə görüşmək üçün anket pulu 80 manat.
Hər görüşə görə 50 manat.
Saçları qanuna uyğun saxlamamaq üçün rəisin pulyığanı Elman adlı əməkdaşa 20 manat.
Hər gün Adil Sadıqovun başçılıq etdiyi nəzarətçilərə 10 manat.
Cərimə kamerasından çıxmaq üçün rəisin müavini Fariz Əliyevə 1000-1500 manat rüşvət ödəmək lazım gəlir.
6 saylı CÇM-də maddi imkanı yaxşı olan məhkumlar 2 və 4 nəfərlik otaqlarda qalmaq üçün 1000-1500 manat, onların telefonla təmin olunması üçün ilkin 1500 manat, hər ay 500 manat rüşvət ödəmək məcburiyyətindədirlər. Rəis Məmməd Mahmudov ondan şikayətçi olan və ya onun qaydalarına etiraz edənləri başqa CÇM-lara köçürülməsini təmin edir. Məhkumların qanuna uyğun olaraq cəzasının 3-də 2-si bitdiyi üçün cəza rejiminin dəyişdirilməsi ilə bağlı etdikləri müraciətlərə yenə də rəisin tətbiq etdiyi özəl qaydalara əsasən cavab verilir. Belə ki, cəzasının 3-də 2 hissəsi bitmiş məhkum, qalan müddətin hər ilinə görə rəisə 6 min manat rüşvət ödəməlidir. Ancaq belə olan halda məhkum rəisdən islah olunması ilə bağlı müsbət xarakteristika ala bilər. Buna etiraz edən məhkumlar isə cərimə kameralarına salınır və rəis Məmməd Mahmudovun istəyi ilə daha ağır rejimli cəzaçəkmə müəssələrinə köçürülür.
Bütün bunlar 6 saylı CÇM-da baş verənlərin qısa təsviridir. Növbəti materialımızda daha ətraflı məlumat verəcəyik.
Reallıq.info saytının hal-hazırda məhkumluq həyatı yaşayan baş redaktoru İkram Rəhimov.

Bu yazını paylaş

Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində pik həddə çatan rüşvətxorluq və işgəncə

Next Story »

Zakir Fərəcov borclu olduğu sahibkarları həbs etdirəcək. Ölkə rəhbərinə növbəti müraciət

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.