Xəbər verdiyimiz kimi jurnalist Sevinc Sadıqova polis bölməsinə aparılmışdı.
AnTV.az xəbər verir ki, səhər saatlarında “Sahil Parkı” adlanan parkda sosial sorğu keçirərkən həbs olunan jurnalist bir neçə dəqiqə öncə azadlığa buraxılıb.
O, bu haqda öz sosial şəbəkəsində bu haqda məlumat verərək polis bölməsində 3 saata yaxın saxlanıldığını bildirib.
Məlumat üçün bildirək ki, jurnalist xanım Səbail Rayon Polis bölməsinin əməkdaşları onu Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılmışdı.
*** *** ***
AnTV.az xəbər verir ki,”Sahil Parkı”-nda sosial sorğu keçirmək istəyən jurnalist Sevinc Sadıqova həbs olunub. Jurnalist sorğu keçirən vaxt Səbail Rayon Polis bölməsinin əməkdaşları onu Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparıblar.
Jurnalist həbs edilərkən polis maşınında facebookdan canlı yayım eləyə bilib.
Xatırladaq ki, o, “Mehman Hüseynova dəstək” aksiyasında həbs olunan jurnalist Əfqan Sadıqlının həyat yoldaşıdır.
AnTV.az