• Baxış sayı 744

Prezident susdu, jurnalist beynəlxalq təşkilatlardan pul istədi – OKTAY ŞİRƏLİYEVƏ RÜŞVƏT ÜÇÜN

7gun.az xəbər portalının təsisisi və baş redaktoru, jurnalist Cavid Şirəliyev həkim müayinəsindən keçmək üçün beynəlxalq təşkilatlara müraciət edərək maddi dəstək istəyib.

Azel.tv xəbər verir ki, bu barədə məlumat verən jurnalist bildirib ki, müayinə olunmaq üçün getdiyi 4 saylı şəhər polikilinikasında ondan rüşvət istəyiblər. Jurnalist bununla bağlı dövlət başçısı İlham Əliyevə müraciət etsə də, heç bir nəticəsi olmadığını qeyd edib:

“Hakimiyyət üçün ictimai fikir və insanların kütləvi narazılığı əhəmiyyətli deyil. Nəyi necə istəyirsə, elə də edir. Başqa sözlə desək, bu hakimiyyət xalqı saymır.

Məlum olduğu kimi bir neçə gün bundan öncə müayinə üçün getdiyim 4 saylı şəhər polikilinikasında məndən açıq-aşkar rüşvət tələb olundu. Mən buna kəskin etirazımı bildirdiyim üçün məni müayinə etmədilər.

Bundan sonra mən İlham Əliyevə müraciət edərək, ondan səhiyyə naziri Oktay Şirəliyev və 4 saylı şəhər polikilinikası üçün pul istədim. Təbii ki, mənim müraciətim cavabsız qaldı. Bütün bunlardan sonra çox götür-qoy etdim və qərara gəldim ki, beynəlxalq təşkilatlara müraciət edim mənim müayinə və müalicəm üçün səhiyyə naziriliyinin büdcəsinə təxminən 500-1000 dollar pul ayrılsın.

Mənim 5-6 səhifədən ibarət müraciətim hazırda bir neçə dildə tərcümə olunur”.

Yaxın günlərdə Oktay Şirəliyev və Elsəvər Ağayevə pul ayırılacağına inanıram. Bu arada onu da qeyd edim ki, 4 saylı şəhər polikilinikasının rəhbərliyi yığılan rüşvətin böyük bir hissəsini nazir Oktay Şirəliyev və Elsəvər Ağayevə verdiyini israr edir. Məhz buna görə də heç kimdən qorxmadığlarını bildirirlər.

P.S Ölkə rəhbərinin “rüşvətxorluq olmamalıdır.Rüşvət alanlar ciddi cəzalanmalıdırlar” deməsinə baxmayaraq, Səhiyyə nazirliyi “Çənlibel”ə çevrilib. Nazir Oktay Şirəliyev və müavini Elsəvər ağayev xəstəxanalara arxa durur. Baş həkim başda olmaqla, həkim kollektivi də xəstəxanalara müraciət edən xəstələrin sağlamlığıyla oynayır, dələduzluqla məşğuldurlar.

Biz topladığımız faktları prezidentə təqdim edəcəyik, görək Oktay Şirəliyev və Baş həkimlər öz cinayət tərkibli əməllərinə necə cavab verəcəklər və prezident bunlara necə reaksiya göstərəcək ???

Azel.tv

Bu yazını paylaş

Bugün bizə uzanan əli tutmasaq sabah bizim də əlimiz havada qala bilər

Next Story »

Etibar Pirverdiyev vəzifəsindən azad edildi

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.