• Baxış sayı 983

QAZAX MÜALİCƏ DİAQNOSTİKA MƏRKƏZİNİN QATİL, SOYĞUNÇU BAŞ HƏKİMİ !!!

Qazax rayonunda yaşayan dostlarımız bizə, Müalicə Diaqnostika Mərkəzinin baş həkimi haqqında dəhşətli və ürək ağridan faktlar danışdılar. Biz bu faktlardan bir neçəsini açıqlayacağıq.

Belə ki, mərkəzin baş həkimi Kamandar İbrahimov bir neçə xəstənin ölümünə səbəb olub. Xəstələr kasıb vətəndaşlar olduğu üçün, tələb olunan rüşvəti verə bilməyiblər. Həkimlərin biganəliyi və rüşvət tələbləri xəstələrin ölümü ilə nəticələnib.

Prezident “mən və o cümlədən bütün mənurlar xalqın xidmətçiləriyik” deyə dəfələrlə tapşırıb. Budurmu  Kamandar İbrahimovun xalqa olan xidməti ???

 

AZƏRBAYCAN RESPULİKASININ KONSTİTUSİYASI

Maddə 41. Sağlamlığın qorunması hüququ

1.Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

  1. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

3.İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

Bunun da bir adı var; qatil, vicdansız, rüşvətxor!!!  Bu, dövlət qanunlarına xəyanət etmək hesab olunur!!!

Bundan başqa, büdcə hesabına verilən dərmanları baş həkim şəxsi apteklərdə satdırır.

Diaqnostikaya, Tibbi personalın xidməti xalatlarının tikilməsi və xəstələrin yatacaqlarının örtüyü üçün (prostina) gətirilən parçaları baş həkim bazarda satdırır. Bu da korrupsiya faktıdır.

Korrupsiya,-vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən şəxsi varlanmaq məqsədilə sui-istifadə edərək dövlət əmlakını mənimsəmə faktıdır!

USM, rentgen, analizlərin, Cərrahiyə əməliyyatlarının hər birinin öz qiyməti var!

Baş həkim Diaqnostikanın həkimlərindən aylıq alır!

Prezidentin dəfələrlə “rüşvətxorluq olmamalıdır, rüşvət alanlar ciddi cəzalanmalıdırlar” deməsinə baxmayaraq, Qazaxın Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov özbaşınalığını daha da gücləndirir. Bu da onun nə ölkə rəhbərini, nə də qanunları saymadığını, qorxmadığını göstərir.

Biz bunlardan başqa əlimizdə olan daha bir çox faktları rəsmi olaraq hazırlayıb, məktub formasında ölkə rəhbərinə, Respublika Prokurorluğuna və Korrupsiya İdarısinə təqdim edəcəyik. Görək baş həkim bu əməllərinə görə yuxarılara necə cavab verəcək !!!

Budurmu prezidentin hər yerdə ağız dolusu danışdığı rüşvətsiz, inkişaf sdən Azərbaycan ???

Budurmu Avropa standartlarına tam uyğun Səhiyyə, tibb xidmətləri ???

Ardı var…

AZEL.TV

Bu yazını paylaş

Narkodispanserdəki yanğının şahidi: ”Bir nəfər qapının ağzında külə dönmüşdü”

Next Story »

”Mingəçevir qəzasında ölkəyə yarım milyard manat ziyan dəyib”

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.