• Baxış sayı 1154

QAZAX RAYON İH-NİN QOLÇOMAQ BAŞÇISI VƏ MÜAVİNİ APARATI “ÇƏNLİBEL”Ə ÇEVİRİBLƏR!!!

Qazax rayonunda İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayonda torpaq satışını, idarə və obyektlərdən aylıq alma əməliyyatlarını və bu kimi digər kəndxudalığı öz 1-ci müavini Məmməd Alıyevə tapşıraraq, özü kənarda dayanıb. Yəni, sükanı verib 1-ci müavinin əlinə və beləliklə də özünü sakinlərə təmiz bir insan kimi qələmə verməyə çalışır.

Lakin, “elin gözü tərəzidir”. Hamı hər şeyi yaxşı görür. Kimdir bu 1-ci müavin Məmməd Alıyev???

ONUN HANSI ƏMƏLLƏRİNƏ GÖRƏ ORQANDAN QOVMUŞDULAR ???

Deyilənlərə görə, Məmməd Alıyev 300.000 (üç yüz min) manat verərək, qovulmuş bir kadr olmasına baxmayaraq, Qazax rayon rəhbərliyində 1-ci müavin postuna gəlib. Çox maraqlıdır. Görəsən Alıyev bu pulu kimin vasitəsilə kimə verib ki, onu bu boyda məsuliyyətli bir posta təyin ediblər. Axı hansısa bir rayon rəhbərliyinə müavin səviyyəsində məmuru daha yuxarılardan təyin edirlər??? Bu, insanlarda şübhə doğurmazmı ??? Çünki Azərbaycanın belə bir atalar məsəli var”balıq başdan iylənər”. Görəsən bu məsələdə də iylənmə balığın baş tərəfinə aiddir ???

Bu necə saxtakarlıq, ciddi qanun pozuntusu, cinayət əməlidir!!!  Prezidentin bunlardandamı xəbərsizdir ???

Rayon sakinlərinin dediklərinə görə Məmməd Alıyev əxlaqsızlıqla məşğuldur və  rayonda eşq macəraları da yaşayır. Keçmiş sovetlər dönəmində isə bunun adına “məişət pozğunu” deyirdilər.

Hörmətli oxucular, Qzax rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov və onun 1-ci müavini Məmməd Alıyev haqqında növbəti materialımızda daha geniş məlumatlar verəcəyik.

Ardı var…

AZEL.TV

Bu yazını paylaş

Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə satılır

Next Story »

Zaqatalada doğuş zamanı ana ölüb

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.