• Baxış sayı 1340

RÜSTƏM USUBOVUN “QURDLAR VADİSİ” MAFİYASI !!!

Başlanğıc.

Sabahdan Azel.tv-də təqdim edəcəyimiz serialda əlimizdə olan kəskin materiallarla sizlərlə olacağıq. Nə yazıq ki, bunlar  faktlarla dolu acı, Azərbaycanda baş verən kriminal məmur qruplaşma, quldurluq hadisələridir. Bunu,-Rüstəm Usubovun açıq-aşkar  hakimiyyəti də saymadığı, öz rəhbərliyinə qarşı xəyanət etməsi kimi də adlandırmaq olar!

Rüstəm Usubovun öz ətrafında topladığı hər sahədən olan özü kimi soyğunçu,”killer” məmurlarla birgə, öncədən planlaşdırdıqları kimi, sahibkarlara qarşı xərac toplamaq, əllərindəkiləri son qəpiklərinə kimi mənimsəmək məqsədilə etdikləri amansız təzyiqlərlə bağlı bir faciəvi dram (Əfqan Sadıqovun təqdimatında) kimi də adlandırmaq olar.

Görəsən ölkə rəhbərliyinin ölkədə gedənlərdən xəbər tutması üçün nə etməli ???

Bakıda tikinti işləriylə məşğul olan bir sahibkar xanım , Ülviyyə Abdalovanın timsalında, başlarına açılan min-bir oyunlarla ( faktlara) əsaslanaraq Rüstəm Usubovun və onun quldur komandasının ifşa edici əməlləri ortaya qoyulacaq. Və nə yazıq ki onlar, vətəndaşların başlarına açdıqları oyunlarda daha yüksək vəzifəli (prezident səviyyəsində olan) məmurların adlarını hallandırır və bu çirkin cinayət işlərində bunların  arxalarında yuxarıların durduqlarını dilə belə gətirirlər.

Bu quldurlar çəkinmədən öz iyrənc oyunlarında ölkə rəhbərinin, 1-ci vitse prezidentinin, hörmətli Akademik  Arif  Paşayevin, Prezidentin Mühafizə Rəisi Bəylər Eyyubovun, DTX sədri Mədət Quliyevin, DTX-nın istintaq rəisi Mövlam Şıxəliyevin, Korrupsiya İdarəsinin Rəisi Kamran Əliyevin, Yasamal rayonunun keçmiş, Nizami rayonunun indiki Məhkəmə Sədri Aləddin Cəfərovun və digər məmurların,  şirkət sahiblərinin adlarını belə hallandırmaqdadırlar.

Burda, sahibkarların başlarına açılan oyunlardan, əllərindəki milyonlarla manat pullarını müxtəlif bəhanə və vasitələrlə almaqdan bəhs edilir. Yüksək məbləğdə pul mənimsəmək məqsədilə hətta xarici vətəndaşlığı olan bir iş adamını qəstən “deportasiya”edirlər.

Bəli, burası cəngəllik deyil, müasir  və dünya miqyasında bəs qədər inkişaf etmiş hesab edilən bir dövlət, Azərbaycandır.

Əlimizdə olan səs yazıları, telefondan çıxardılmış sms-lər, şəkillər, notariat və digər idarə sənədləriylə sizlərin qarşısında olacağıq. Rüşvət, hədə-qorxu, saxta peçatlar və digər saxtalıqlar.

Maraqlı və dəhşətli oyunlar, faktlar. İzləyin.

Azel.tv-də Əfqan Sadıqovun təqdimatında ardıcıl-VİDEO-çıxışlarla serial materiallar.

 

Bu yazını paylaş

Göyçayda qalmaqallı Məşğulluq rəisindən nazirə yalan: üç aya 515 nəfər işə düzəlib?

Next Story »

RÜSTƏM USUBOVUN” QURDLAR VADİSİ” MAFİYASI !!! 1-ci hissə-VİDEO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.