Şeyx Allahşükür Paşazadənin yaxını olan sürücü, narkobaron, saxta hüquqşünas – Hacı Mazan 2-Cİ HİSSƏ

Şeyxül- İslam Hacı Allahşükür Paşazadənin, Bəylər Əyyubovun , Əhəd Abıyevin və Hacı Mazanın narkotik biznesdə ilişkiləri

Hacı Mazan 2002- 2009- cu illər arasında Milli Məclisin keçmiş deputatı Əhəd Abıyevlə yaxın əlaqələrə malik idi. Onların hər ikisinin maraqlarını narkotik vasitələrlə bağlı işbirliyi təmin edirdi. Hacı Allahşükür Paşazadə birmənalı olaraq onların fəaliyyətini tənzimləyirdi. Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun narkotik biznesiylə bağlı sövdələşmələrini
Şeyxin dəstəyi ilə Əhəd Abıyev həyata keçirirdi. Lakin 2009- cu ildə Masallının Qəriblər kəndində Hacı Mazanın “Viləş” hotel- sanatoriya kompleksi inşa etməsindən sonra onların yolları ayrıldı. Şeyx, Bəylər Əyyubovun iştirakıyla keçirilən ” razborkada” qohumu Hacı Mazanı dəstəklədi və Əhəd Abıyevi nankorluqda suçladı. Şeyxin Təzəpir məscidinin həyətindəki iş otağında Hacı Mazanın Əhəd Abıyevlə dalaşması nəticəsində aralarındakı “dostluq və qardaşlıq” anlaşması pozuldu. Həmin hadisədən sonra Əhəd Abıyevin dəstəyi ilə Şeyxi və Hacı Mazanı narkotik ticarətdə ittiham edən məlumatlar mətbuata yol tapdı. “Gündəlik Bakı ” qəzetində Əhəd Abıyevin verdiyi məlumatlar əsasında Şeyxin və Hacı Mazanın narkotik biznesdə şərikli fəaliyyət göstərmələri barədə silsilə məqalələr dərc olundu. Həmin ərəfədə Hacı Mazanın Dağıstana və Perm vilayətinə göndərdiyi 4 tona yaxın narkotika ələ keçməməkdən ötrü maşınlarla birlikdə yandırıldı. Çox ehtimal ki, keçmiş MTN-nin arxivlərində həmin epizodlar barədə əməliyyat məlumatları vardır. Uğursuzluğa görə Hacı Mazan Əhəd Abıyevin MTN-də şöbə rəsi işləyən adamını Şeyxin vasitəsi ilə xidmətdən azad etdirdi. Deyilənə görə Hacı Mazan həmin şəxsin vəzifədən azad olunmasından ötrü keçmiş MTN şefinə 1 milyon ABŞ dolları hədiyyə etmişdi. Əhəd Abıyev isə Hacı Mazana və Şeyxə asi olduğuna görə ağır sınaqlarla üz – üzə qaldı. Milli Təhlükəsizlik Nazirliyində Əhəd Abıyevin narkotik biznesiylə məşğul olması barədə əməliyyat məlumatları toplanmağa başlandı. Ziddiyyətlərin kuliminasiya nöqtəsi 2010- cu ildə keçirilən Parlament seçkiləri ərəfəsində qoyuldu və Şeyxin təkidi ilə hakimiyyət Əhəd Abıyevi Masallıdan deputat seçilmək hüququndan məhrum etdi. Şəmkir rayonun İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov həmin dövrdə ali hakimiyyətin mövqeyindən çıxış edərək Hacı Mazanın narkotoka ilə yüklənən maşınlarının Gürcüstana maneəsiz olaraq keçməsinə kömək edirdi. Keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov, həmin Nazirliyin keçmiş idarə rəisləri- Akif Çovdarov və Subahir Qurbanov Şeyxin tapşırıq və göstərişlərinə uyğun olaraq Hacı Mazanın toxunulmazlığı üçün bütün tədbirləri həyata keçirirdilər.
Hacı Mazanın MDB məkanında kriminal aləmdə tanınan narkobaron özbək Qafurla da əlaqədə olduğu söylənilir. Masallıda yayılan söz- söhbətlərə görə Baş Nazirin keçmiş 1- ci müavini Abbas Abbasov özbək Qafurla Hacı Mazanı əsasən Rusiyadakı çəzaçəkmə müəssisələrini narkotik vasitələrlə təmin etməkdən ötrü tanış etmişdir. Hacı Mazan narkotik vasitələrin İrandan Azərbaycana təhlükəsiz keçirilməsinə nəzarət edən Bakıda yaşayan İran vətəndaşı Tağı Şahinin dəstəyi ilə İranın bir çox əyalətlərində narkotacirlərlə bağlantı yaradıb. Onları Masallının Qəriblər kəndində yaşayan digər narkobaron Xudayar İmamyarov tanış etmişdir.

(ardı var)

AZELTV

Bu yazını paylaş

Şeyx Allahşükür Paşazadənin yaxını olan sürücü, narkobaron, saxta hüquqşünas – Hacı Mazan

Next Story »

Sən Sultan bəy ola bilmədin, Zakir Fərəcov..

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.