• Baxış sayı 346

AŞPA: Azərbaycanda prezident seçkisi azadlıqların olmadığı şəraitdə keçirilib

‘Əsl rəqabət olmayıb”

“Prezident seçkiləri azadlıqların olmadığı, əsas hüquq və azadlıqları məhdudlaşdıran qanunlara uyğun keçirilib. Demokratik prinsiplərin gözdən salındığı, qanunun aliliyinə əməl olunmadığı repressiv siyasi şəraitdə ədalətli və azad seçkilər keçirmək mümkün deyil. Bu fonda və hətta kütləvi informasiya vasitələrində plüralizmin olmadığı halda əsl rəqabət olmayıb”.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) aprelin 11-də Azərbaycanda növbədənkənar keçirilən president seçkiləri ilə bağlı rəyini açıqlayıb. Sənədi rumıniyalı deputat Viorel Badya hazırlayıb. İyunun 26-da Strasburqda AŞPA-nın sessiyasında qəbul edilib.

Namizədlər yeni dövlət başçısını tənqid etməkdən çəkiniblər

Sənəddə bildirilir ki, Azərbaycanda demokratik prinsiplər gözdən salınıb və qanunun aliliyinə əməl olunmur. Üstəlik, prezidentliyə namizədlər yeni dövlət başçısını tənqid etməkdən çəkiniblər:

“Bundan öncə Avropa Şurası Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişiklikləri tənqid edib. Belə ki, bu düzəlişlər prezidentə vitse-prezident təyin etmək, parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etməyə imkan verib. Növbədənkənar prezident seçkiləri dördüncü dəfə dövlət başçısı seçilən İlham Əliyevin rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyasi üstünlüyü şəraitində keçirilib”.

Seçki çoxsaylı ciddi pozuntular və şəffaflığın olmaması ilə xarakterizə edilib

AŞPA bildirir ki, seçki günü yerlərdə məcburi prosedurlara məhəl qoyulmaması, çoxsaylı ciddi pozuntular və şəffaflığın olmaması ilə xarakterizə edilib.

“Ancaq Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, seçici iştirakı 74,5 faiz olub. Beynəlxalq müşahidəçilər məcburi prosedurların pozulması ilə bağlı çoxsaylı hallar qeydə alıb. Səsvermə 12 faiz (1300 seçici məntəqəsindən çox) mənfi qiymətləndirilib ki, bu da böyük saydır və ciddi narahatlıq doğurur. Seçki məntəqələrinin işçiləri nəinki əsas prosedurları icra etməyiblər, üstəlik, müşahidəçilərin işinə maneçilik də törədiblər. Bununla belə, müşahidəçilər seçki qutularına bülletenlərin topa şəklində atılması, (məntəqələrin 4 faizi), seçici siyahılarında (8 faiz) imzaların saxta olması, bir neçə məntəqədə qrup şəklində səsvermə (3 faiz), səs verənlərin barmaqlarında mürəkkəbdən istifadə qaydalarının pozulması (17 faiz), seçicinin imzası olmadan bülletenlərin verilməsi (11 faiz) kimi pozuntuları müşahidə ediblər”.

Seçki məntəqələrinin 72 faizində naməlum şəxslər iştirak ediblər

Sənəddə o da bildirilir ki, seçki məntəqələrinin 72 faizində naməlum şəxslər iştirak ediblər. Onlar Seçki Komissiyasının işinə müdaxilə edərək onlara göstəriş veriblər. Rəsmi müşahidəçilərə seçici siyahısını yoxlamağa icazə verilməyib:

“Beynəlxalq müşahidəçilər kobud pozuntu və qəsdən saxtalaşdırma faktına görə 133-dən çox səsin hesablanmasını mənfi qiymətləndiriblər. Seçki məntəqələrinin yarısında seçici siyahılarındakı imzalar qutulara atılan bülletenlərin sayı ilə tutuşdurulmayıb”.

Seçkidən öncəki durum

16 səhifəlik hesabatda çoxsaylı digər pozuntular da açıqlanır.

Sənəddə həmçinin seçkiqabağı vəziyyət də qiymətləndirilir. Bu da ifadə və toplaşma azadlığında plüralizmin olmaması, hakimiyyət namizədinin dəstəklənməsi məqsədilə dövlət məmurunun təzyiqləri ilə xarakterizə olunur:

“Ölkədəki media mühiti ifadə azadlığının olduqca məhdudlaşdırılması ilə xarakterizə olunur. Telekanallarda və radiolarda, həmçinin elektron resursların və veb-saytların əksəriyyətində plüralizm yoxdur. Vətəndaş cəmiyyəti və QHT-lər monitorinq və seçkilərin qiymətləndirilməsi prosesindən kənarlaşdırılıb”.

Azərbaycan nümayəndə heyəti üzvlərinin AŞPA sessiyasında hesabata etiraz etmək cəhdləri uğursuz olub.

AŞPA-nın sanksiyaları keçmişdə qalmış məsələdir

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, AŞPA sanksiyaları artıq keçmişdə qalmış məsələdir:

Səməd Seyidov.

“Fəaliyyətimizi görürsünüz, nümayəndə heyətimiz çıxış da edir, siyasi partiyalarda vitse-prezidentlərimiz də var. Elşad Həsənov hüquq məsələləri üzrə məruzəçi kimi növbəti sessiyada çıxış edəcək. Azərbaycanı istəməyən qüvvələr çox çalışırlar, fəaliyyətdədirlər. Ancaq həqiqət öz yerini tutur. Nümayəndə heyətinin rəhbəri kimi biz bu sessiyada Azərbaycanın mövqeyini yüksək səviyyədə müdafiə edə bildik”.

Bu yazını paylaş

AŞPA Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin etdi FOTO

Next Story »

İlham Əliyev yalanları nə qədər istəyir, təkrarlasın… VİDEO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.