• Baxış sayı 340

“AY AXMAQ, AY HEYVAN…”

YAP-IN ƏN TƏRBİYƏLİ ADAMI – AĞACAN ƏBİYEV(dirsə) !!!

————————–

Sərdar ƏLİBƏYLİ

————————–

Milli Məclisin Etika Komitəsinin sədridi Ağacan Əbiyev. Başqa sözlə adam MM-in tərbiyə şöbəsinin müdiri vəzifəsini tutur və özünün də bu yöndəki işinin-gücünün adı, deputatların etik davranış normalarna riayət etməsini təmin etməkdi. Amma Ağacan müəllimin son açıqlamaları və məxsusən də dünən ADP sədri Sərdar Cəlaloğlunun barəsində mətbuata dedikləri birmənalı şəkildə ona dəlalət edir ki, bu şəxsin özünün tərbiyəsində ciddi problemlər var. Amma, o başqa bir məsələdir ki, ola bilər onunla cəmiyyətin və dünyanın tamamının tərbiyə anlayışı fərqlidi. Eində-sonunda tərbiyəsizliyin özü də bir tərbiyə göstəricisidir…

İnkişafın analoqsuzluğunun fərqli yanlarını və dəyişik yönlərini son illərdə o qədər gördük ki. Odur eyy, ölkə boyu pambıq tarlalarında kütləvi zəhərlənmələr belə, nə cəmiyyətdə yankılar bulur, nə də görəvlilərin məsuliyyət məsələsini gündəmə gətirən var. Adamların heç tükləri də tərpənmir və sanki elə belə də olmalıymış. Bəlkə elə bunun özü də analoqsuz inkişafın hədəflədiyi məqsədlərdən, çatmaq üçün uğraşdğı zirvələrdən biridir ki, bizim nə ağlımız nə də şüurumuz bunu anlayıb, qəbul edəcək səviyyədədi…

Kim nə deyir-desin, bütün məsələlər rejimin əxlaqına və sistemin tərbiyəsinə bağlıdı və Analoqsuz siyasəti “A”-dan “Z”-yə mənimsəyə bilmiş ən tərbiyəli adamları da budu. Zira, sistem öz seçilmişlərinin tərbiyəsini, heç bir halda tərbiyəsiz birinə həvalə etməz, edəməz. Sadəcə, bizim bu tərbiyədən anladığımız bir şey yoxdu, Dedim ya, bunlarla bizim tərbiyə anlayışımız fərqlidi. Dünya yaranandan bu günəcən həmişə belə olub, bütün rejimlər, bütün iqtidarlar öz əxlaqı ilə gəlir dövlətin başına, cəmiyyətə də öz tərbiyələrini tətbiq etməyə cəhd göstərirlər. Bu da bizim qədərimizə doğan və şanlı, böyük, doğma, əziz YAP-ımızın cəmiyyətimizə tətbiq elədiyi tərbiyənin boyutlarından biridi…

——————————————————————————-

P.S.

“Ay axmaq, ay heyvan…” — deputatdan Sərdar Cəlaloğlunun təklifi üçün AĞIR SÖZLƏR

“Ay axmaq, ay heyvan...”
Milli Məclisin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abıyev ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.

Deputat “Ölkə.Az”a açıqlamasında deyib ki, bu cür hərəkətlərlə Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyirlər:

“İndi bu səviyyəsiz və savadsız adamlar var ki, ağızlarına gələni danışırlar. Anlamırlar ki, Türkiyə böyük və dünyada nüfuzu olan dövlətdir. Bu adama demək istəyirəm ki, ay axmaq, ay heyvan, Azərbaycan Türkiyəyə birləşsə, bundan nə qazanacaqsan? Əksinə, əvvəl Avropada 2 səsimiz var idi, indi 1 səs olacaq. Bunlar necə siyasətçidir ki, adi reallıqları anlaya bilmirlər. Külbaşdırlar da! Yaxşı ki, Ulu Öndər Heydər Əliyev gəlib bu dövlətin müstəqilliyini qoruyub saxladı, bəlalardan xilas etdi. Ancaq o zamandan bəri Sərdar Cəlaloğlu savadsız olaraq qalıb. Başına qapaz vurmaq laızmdır ki, gedib işi ilə məşğul olsun. Hərəsi özündən bir təklif çıxarırır, Türkiyə ilə birləşək! Türkiyə ilə birləşmək o deməkdir ki, bundan həm Azərbaycan, həm də Türkiyə itirəcək. Biz beynəlxalq aləmdə səsimizi itirəcəyik. İndi iki dövlətik. Adların nə fərqi var, əsas odur ki, millətimiz birdir. İki dövlət olanda, onun sözü də eşidilir. Mən anlaya bilmirəm ki, bunlar necə siyasətlə məşğul olurlar? Allah üzümüzə baxdı ki, ötən əsrin 90-cu illərində bu axmaqların gəlib bizi idarə etməsinə imkan verilmədi. Yoxsa, bizi uçuruma aparardılar”. 

A.Abıyev Sərdar Cəlaloğluna birinci sinifi yenidən öyrənməyi tövsiyə edib:

“Bu adam gedib birinci sinifi yenidən oxusun. Belə siyasətçi olmaz. Əgər nə isə sözü varsa, onu rinqə çağırıram. Mən Sərdar Cəlaloğluna deputat kimi deyirəm ki, əgər sən Azərbaycanı istəsəydin, bu cür təklifi dilinə gətirməzdi. Elementar düşünsəydi, bilərdi ki, beynəlxalq qurumlarda bir səs hara, iki səs hara! İndi həm Türkiyənin, həm də Azərbaycan ən azı iki səsi var. Biz bir dövlət olsaydıq, ancaq bir səsimiz olacaqdı. Bu cür səhv fikirləri ancaq düşmən deyə bilərdi. Yaxşı olar ki, Sərdar Cəlaloğlu gedib bir az kitab oxusun”.

Zaur Əziz
Ölkə.Az

20.06.2018

 

Bu yazını paylaş

PREZİDENTİN POÇTUNA

Next Story »

AŞPA Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin etdi FOTO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.