• Baxış sayı 679

İLHAM ƏLİYEV,YA VƏTƏNDAŞLARI SEVİN,YA İSTEFA VERİN !!

İNANIN Kİ,BU ƏN DÜZGÜNÜ,ƏN XEYİRLİSİDİR !!!
Üzümü ölkə prezidentinə tuturam : Bütün məmurlar sizinlə oynayırlar,sizə xəyanət edirlər.Sizdən istifadə edirlər.Lakin mən inanıram ki,siz nəhayət gözlərinizi açacaq,məmurlara son və qəti bir söz deyəcəksiniz.Onların etdikləri bütün haqsızlıqlara,ədalətsizliyə,cinayətlərinə mane olacaqsınız,son qoyacaqsınız.
Hakimiyyətə hansı yolla gəlirsiniz gəlin,lakin gəldiyiniz yolu düzgün gedin.
Vallah bu millət,bu vətəndaşlardan yeç yerdə yoxdur.Bu insanların qədrini bilin,İmkan verməyin ki,məmurlar sizə arxalanmaq istəyən,sizdən imdad diləyən bu insanlara zülm etsin.
Məmurlar hay salırlar ki,guya sizin,ölkədə baş verənlərdən xəbəriniz yoxdur.Biz buna inanmasaq da,tutalım deyək ki belədir.
Sizin xəyanətkar məmurlarınız sizdən yetərincə istifadə etmək və sonunda,gələcəkdə şəxsən sizin özünüz üçün pis nəticə verə biləcək olan badalaqlar atmağa davam edirlər.
Siz xalqa arxalanın,dəstəyi xalqdan alın,xalqa söykənin.İnanın ki,xalqımız arxa duran,hörməti itirməyən,qədir biləndir.Siz xalqı sevib onlara xidmət etsəniz,xalq sizi əsla yarıda buraxmaz,sizə namərdlik etməz.
Bilmirəm,bunlar sizə maraqlıdır,ya yox.Lakin bizi sonuna qədər özünüzə düşmən,rəqib etməyin.Ziqmund Freydin bu haqda bir fikiri var :”kütlə qalxır,baş tavana dirənəndə onların iki yolu qalır.Ya intihar,ya da vurub tavanı dağıtmaq.”
Onsuz da bəd ayaqda bu oyunbaz məmurlarınız sizi ayaq altına atıb özlərini qorumağa çalışacaqlar.
Seçim sizindir.Şəxsən mən,biz,bizlər ədalətsizliklə vuruşduğumuz bu haqq yolumuzdan dönən deyilik.Gərəkdiyi hər an bu xalqın,insanların,vətəndaşların yolunda ölməyə belə hazıram.
DÜŞÜNÜN.ƏKS TƏQDİRDƏ”SU SƏHƏNGİ SU YOLUNDA QIRILIR.”

Əfqan Sadıqov Azel.tv-nın baş redaktoru

Bu yazını paylaş

“ŞAHA ÇOX DA GÜVƏNMƏ, GÜN GƏLİR MAT OLUR.”!!!

Next Story »

“SOSKA”LI PREZİDENT

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.