• Baxış sayı 284

PREZİDENTİN POÇTUNA

BU NƏ “ƏFV BAZARI”DI BELƏ, CƏNAB PREZİDENT???!!!

“p.s.Nota” (www.ps-nota.com)qəzetinin

redaktoru Sərdar Əlibəyliyə 

Bakı şəhəri Sabunçu rayonu yeni Ramana Qəsəbəsinin sakini

Cəfərov İsmayıl Həbib oğlu tərəfindən 

Ə R İ Z Ə

Mən Cəfərov İsmayıl Həbib oğlu təxminən 3 il əvvəl ailəvi dostumuz olan Rüstəmov Bəxtiyar Elburus oğluna, həbsdə olan oğlumun əfvə salınması üçün  55 000(əlli beş min) manat pul vermişəm. Bəxtiyar isə məni Prezident Aparatında işləyən Feyruz Mustafayevlə görüşdürərək dedi ki,  onunla bir yerdə pulları Prezident Aparatınn Hüquq Şöbəsində işləyən Vüsal İsayevə verdiyini söylədi. Özünün dediyinə görə, Bəxtiyar Vüsal ilə tələbəlikdən yaxın dost olublar və hətta Vüsal Şəmkir Qarnizonunda işlədiyi zaman onların evində qalırmış. 

Ötən müddət ərzində işlərin düzəlmədiyini görüb, onlardan pulu geri istəyəndə Bəxtiyar da, Feyruz da bildirdilər ki, pulları Vüsal Verdiyevə veriblər və geri ala bilmədiklərini söylədilər. Xahiş edirəm ki, bu məsələni ictimailəşdirməklə mənə yardımçı olasınız. 

İmza:                     \ Cəfərov İsmayıl\

tel: 050 316-85-37

14.06.2018

Sərdar ƏLİBƏYLİDƏN

Redaksiyamıza daxil olan bu ərizə ilə tanış oldunuz, müdhiş bir şey. Bir məhbusun əfvi üçün 55 000(əlli beş min) manat?!! Yalnızca prezidentin müstəsna səlahiyyəti daxilində olan və yalnızca onun qərarı və imzası ilə gerçəkləşən bir hüquqi prosedurun həyata keçirilə bilməsi üçün, vətəndaşdan bu qədər para ala bilmək cəsarətində bulunan bu “əfv bazarı”nı quranlar da kim olur ki və kimə, yaxud nəyə güvənirlər belə? Mən gərəyini yapdım və vətəndaşın istəyi üzərinə, onun ərizəsini dərc etməklə, məsələni ictimailəşdirdim. Bundan sonrası ərizədə adı hallanan şəxslərin, prezident aparatı görəvlilərinin və əlbəttə ki, cənab prezidentin, həmçinin də, ölkənin hüquq-mühafizə sisteminin üzərinə düşər. Söz konusu ölkə başçısının nüfuzu və ictimai-siyasi imici olunca, məsələyə münasibət bildirmək mənim çapımı aşar. Amma onu da demək zorundayam ki, bu qədəri fazla olur. Dediyim kimi, yalnızca prezidentin müstəsna səlahiyyətlərinə aid olan olduqca ciddi bir məsələ ətrafında biriləri bazar açıb, millətdən yüklü miqdarlarda para toplayırsa, bunun nə demək olduğunu anlatmağa ehtiyac qalmır.

Cənab prezident, söz sizdə, buyurun bu müdhiş olayın qarşısına çıxın, ətrafınızda nələr olur, nələr baş verir sorusuna kəndi bildiyiniz yöndə atacağınız addımlarla, görəcəyiniz tədbirlərlə cavab verin. Mənim deyəcəklərim bu qədər, sonrasına sonra baxarıq.

—————————————————————————————–

Zəruri qeyd:

Ərizədə adı hallanan vətəndaşların və Prezident Aparatı görəvlilərinin cavab haqqını tanıyır, səsləndirilən iddialara münasibətlərini və mövqelərini dərc etməyə hazırıq.     

Bu yazını paylaş

Rəsul Cəfərov: Elmira Süleymanovanın açıqlaması yalandır

Next Story »

“AY AXMAQ, AY HEYVAN…”

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *