• Baxış sayı 1954

Bugün bizə uzanan əli tutmasaq sabah bizim də əlimiz havada qala bilər

Dəyərli xalqımız!

Sizlərə indi təqdim edəcəyim Əsgərov Fərid Bəhruz oğlu“Qan xərçəngi”ndən əziyət çəkir.

Ürəyi hər zaman Allah eşqiylə döyünən, xeyirxah insanlarımıza üzümü tutaraq xahiş edirəm. Siz öz yardımınızla bir Allah bəndəsinə, evladları gözlərinin qarşısında əriyən valideynlərə həyat vermiş olacaqsınız. Unutmayaq, “Allah hər bir yaxşılıqların əvəzini verir”. “Allah rizası üçün edilən bütün yaxşılıqların əvəzində siz də olmasanız, mütləq sizin evladlarınız mükafatlandırılacaq”.

Az, çox deməyək, hər kəs öz imkanı daxilində nəyə gücü çatırsa, əsirgəməsin. “Quruya çıxmış bir balıq misalı”. Yardım məqsədilə hər kəs bir damla su tökərsə, göl yaranar və bununla da balıq qurtular. Lakin bu bir damla su bizləri zəif düşürtməz, bizlərə təsir etməz.

Bəlkə də bu körpə bala sizin yardımınızla sağalıb böyüdüyündə xalqımıza çox böyük xeyirlər verəcək! Güclü təbib olaraq sağalmaz xəstəliklərin çarəsini kəşf edəcək.Yaxud alimlər yetişdirəcək. Bəlkə də Azərbaycanın Milli Qəhrəmanı olacaq?!

Çox böyük bir ümidlə yardım edəcəyinizi gözləyirik. Hamınıza dərin təşəkkürümüzü bildiririk. Allah sizlərdən razı olsun.

ƏLAQƏ NÖMRƏSİ : 050-676-33-4O. ƏSGƏROV BƏHRUZ.

Azel.tv

Bu yazını paylaş

Səfər Mehdiyevin Rəşad Babayevin və Rasim Əliyevin əməllərindən xəbəri varmı? – VIDEO

Next Story »

Prezident susdu, jurnalist beynəlxalq təşkilatlardan pul istədi – OKTAY ŞİRƏLİYEVƏ RÜŞVƏT ÜÇÜN

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.