• Baxış sayı 241

“Evi yanıb, balası ölüb, çöllərdə qalıb bu adam”

Pərviz Məmmədov 1 il öncə 5 yaşlı qızı Məltəmi yanğında itirib. Anidən başlanan yanğın yaşadıqları vaqon evi kül edib. İndi o, içindəki yanğını dindirməli, evini yenidən inşa etməlidir. Amma…Amma hər dəfə 38 yaşlı Pərviz yanmış vaqonun yerində ev tikmək istəyəndə Sumqayıt şəhər icra nümayəndələri gəlib onu dağıdırlar.

“Təzədən torpaq alıb ev tikmirəm, yanmış evi bərpa edirəm. Mənə deyirlər, icazə almalısan, olmaz. İmkan vermirlər. Tikirsən, adam göndərirlər, dağıdırlar. Deyəndə də deyirlər ki, nədir butka yanıb da, ondan ötrü niyə əl-ayağa düşmüsüz?”

Pərviz Məmmədov Zəngilan rayonundan məcburi köçkün düşəndən zirzəmidə yaşayıb. Sonra ailə qurub vaqona daşınıblar. O da yanandan sonra əllərində heç nə qalmayıb. Yanğına şahid olan xalası da onun evsiz qalmasını ədalətsiz sayır.

“Evi yanıb, balası ölüb. Çöllərdə qalıb bu adam. Qabaqdan da qış gəlir. Yandığı evi bərpa etmək istəsə də, imkan vermirlər. Deyirlər, torpağımızı zəbt etmisən. Niyə zəbt edir ki? Neçə illərdir biz burada yaşayırıq. Buranı alan adam imkan vermir tiksin. Kirayələrin pulunu da ödəyə bilmədiyi üçün anasıyla zirzəmidə qalır”.
Vaqonları yanıb külə dönəndən sonra Pərviz Məmmədov ailəsilə anası Məlahət Məmmədovanın qaldığı zirzəmiyə qayıdıb. İndi onların nəsibinə iki uşaqla bu otaqda yaşamaq düşüb.

Ailəyə ev verilməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, mərhələli şəkildə məcburi köçkünlər yeni mənzillərə köçürüləcək. Pərviz Məmmədov da komitəyə müraciət etməli, komissiya işini araşdırmalıdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən araşdırıb cavab verəcəklərini desələr də, sonradan zənglərə cavab vermədilər.

Nənəsi isə Məltəmin qalan son paltarları ilə təsəlli tapmağa çalışır.

“Elə bil ki, o, bütün ailəni xilas etdi. Anasını çağırıb, ana dur, ana dur, özü də küncdə, televizorun yanında gizlənib. Bunlar hamısı qaçıb çölə çıxıblar. Görüblər ki, Məltəm yoxdur. Axtarıblar ki, vaqonun pəncərəsindən əlləri ilə onları çağırır”.

Bu yazını paylaş

İcra başçısı keçmiş polis zabitini it saxladığına görə məhkəməyə verib

Next Story »

HƏR İKİ CƏBHƏDƏ TƏMƏNNA GÜDƏNLƏR !!!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.