• Baxış sayı 143

Köçkün ailəsi məhkəmə icraçılarından və polisdən şikayətçidir

Məhkəmə icraçıları keçmiş gəlinimi yaşadığımız 10 kvadratlıq otağa yerləşdirmək istəyir”

“Məhkəmə bir-birləri ilə yola getmədikləri üçün boşanan ər-arvada 10 kvadratlıq otaqda birgə yaşamaq hüququ verib. Üstəlik, həmin otaqda ər tərəfiin 5 nəfərdən ibarət ailəsi yaşayır. Neçə gündür ki, icra məmurları və polis keçmiş gəlinimi və azyaşlı övladını böyük ailənin yaşadığı bu darısqal otağa yerləşdirmək istəyir. Nəticədə yataqxananın dəhlizində hər gün qarşıdurma, mübahisə düşür. Hakim icrası heç cür mümkün olmayan Qətnamə çıxarmaqla insanları üz-üzə qoyub”.

Abbasovlar ailəsi 1993-cü ildən Ağdamdan köçkün düşmüş ailə kimi Bakı Dövlət Sosial İqtisadi Kollecin Bakıxanov qəsəbəsindəki yataqxanasında məskunlaşıb. Ailənin başçısı Eyvaz Abbasov deyir, Əhliman Abbasovla gəlini Ülviyyə Abbasova boşandıqdan sonra keçmiş gəlin məhkəmədə Abbasovların yaşadıqları yataqxana otağında yaşayış hüququ verilməsinə dair iddia qaldırıb. Məhkəmə Ülviyyə Abbasovanın iddasını təmin edib. Onun azyaşlı övladı ilə yataqxana otağına köçürülməsi ilə bağlı Qətnamə çıxarılıb. Yuxarı məhkəmələr Qətnaməni qüvvəsində saxlayıb. Ancaq Abbasovlar ailəsi hesab edir ki, keçmiş gəlinlə eyni otaqda yaşamaq qeyri-mümkündür.

Məhkəmə icraçıları gələndə qırğın düşür

“Oğlum ona aliment, uşağa qulluq – qanunla düşən hər bir şeyi ödəyir. Özü köçkün deyil, sadəcə, köçkün ailəsində gəlin olub. Anasının Bakıda 24 sot torpağı, 5 otaqlı geniş ev-eşiyi var. Biz isə 10 kvardatlıq şəraitsiz otaqda yaşayırıq. Bu otağa 4 çarpayı zorla yerləşir. İki qızım, oğlum, həyat yoldaşım… özüm də ikinci qrup əliləm. Bu otağa əlavə iki nəfərin də yerləşdirilməsi mümkün deyil. Xüsusilə də bizimlə konflikdə olan adamın eyni otağa yerləşdirilməsi gələcəkdə bu ailədə böyük faciələrə səbəb ola bilər. Oğlumun o qadınla həyatı düz gəlməyib ki, boşanıb. Bundan sonra onlar eyni otaqda bir-birləri ilə necə qala bilərlər? Hakim bunları nəzərə almalıydı. Hələ otağa yerləşdirilməyib, hələ məhkəmə icraçıları və polis gəlib-gedir, qırğın düşür. Bunun sonrası necə olacaq? Əlbəttə ki, faciə…”- Eyvaz Ababsov deyir.

Məsələ kompensasiya ilə həll oluna bilərdi

Keçmiş gəlin Ülviyyə Abbasova isə iddia edir ki, o, elə bu birotaqlı darısqal otaqda yaşayıb. Yaşayış qeydiyyatı da bu ünvanadır. Onun keçmiş ərinin ailəsi ilə birlikdə yaşamasını yataqxana sakinləri də, komendant da məhkəmədə təsdiqləyib.

Hüquqşünas Vaqif Alıyev deyir, məhkəmə hüquqi qiymət verərkən birgə yaşamaq hüququ tələb olunan otağın sahəsini, orada yaşayanların sayını nəzərə almalıydı: “Məsələn, birgə yaşayışın mümkünsüzlüyü vardısa, alternativ olaraq, iddiaçıya düşən sahəyə görə cavabdehin üzərinə kompensasiya ödənilməsi öhdəliyi qoyulmalıydı. Əgər tərəflər məhkəmələri tükətməyiblərsə, Abbasovlar ailəsi bunu hüquqi müstəvidə həll edə bilərlər”.(meydan.tv)

Bu yazını paylaş

”Həbsxanalarda işgəncə faktlarını hərtərəfli araşdırmağa dəvət edirik”

Next Story »

Prezident gələndən-gələnə təmir olunan yol…

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.