Stalinin sürgün etdiyi adamlar hazırda seçki hüququndan mərhumdur VİDEO

Dörd rayon arasında qalan adsız kəndin camaatı kömək istəyir

Sovetlər dövründə azərbaycanlıların öz ata-baba yurdlarından didərgin salınması faktları əhalinin təkcə indiki Erənistan ərazisindən çıxarılması ilə yekunlaşmayıb. Ötən əsrin ortalarında ölkənin cənubunda- Lerik, Yardımlı və Cəlilabad rayonlarının İranla sərhəd olan xeyli kəndi tamamilə köçürülüb. “Sürgün” edilənlərin əksəriyyəti Respublikanın Muğan ərazisində yerləşdirilib. Hazırda Cəlilabad rayonunun inzibati ərazisində, Muğan-Xol adlanan yerdə məskunlaşan Lerikdən olan “köçkünlər” social və hüquqi mərhumiyyətlərlə baş-başa qalıb. Əməkdaşımız həmin ərazidə olub, adsız kəndin sakinlərini dinləyib. Onların problemlərini oxucularımıza təqdim edirik.

“İndiyə kimi heç bir seçkidə iştirak etməmişik”

Şahmarov Əliağanın bildirdiyinə görə 1980-ci ilə qədər Cəlilabad rayonu Uzuntəpə kəndinin inzibati ərazisi sayılan yerdə Lerik rayonun sovxozları üçün torpaq sahələri olub. Vaxtı ilə həmin ərazidə 50-yə yaxın ev tikilib. Sonradan şəraitsizlik ucbatından əhali digər yerlərə köçməyə məcbur olub. “Hazırda hər evdə 2-3 ailə yaşaır. Yeni evlər tikmək üçün topaq sahələri ayrılmır. Kəndin qazı, yolu, məktəbi yoxdur. Biz bu ölkənin vətəndaşıyıq, biz də ölkənin sərvətlərindən yararlanmalıyıq”, -deyə o, bildirib.
Kamil Şaliyev isə 1970-ci ildə balaca adsız kəndlərində anadan olduğunu deyir. Dəfələrə aidiyyatı qurumlara problemlərlə bağlı müraciət etsələr də, hələki nəticəsi yoxdur. Kamil Şaliyev bildirir: “Bizim bütün hüquqlarımız pozulur. İndiyə kimi biz heç bir seçkidə iştirak etməmişik. Bilmirik bizm deputat kimdir, hüquqlrımızı müdafiə edən kimdir? Deyilənlərə görə Dünya İnkişaf Bankı Azərbaycana sosial məsələlər üçün 600 milyon vəsait ayırıb. Bizə ölkənin vəsaitlərindən çatmırsa, heç olmasa o puldan bizim şəraitimizə xərclənsin. Oğlum 8-ci sinfdə oxumalıdır. Amma məktəb olmadığı üçün oxuya bilmir. Burada xəstə uşaqlar var, bizə hörmət qoymurlarsa, heç olmaya o xəstələrə hörmət qoyulsun. Qeydiyyatımız Lerik rayonunadır. Birinci qrup övladımın pensiya kartını təzələmək üçün mənim ora gedib-gəlməyimə 100 manat xərcim çıxıb”.

Uşaqlar təhsildən kənar qalır

Şahmarov Bəylər ərazinin Cəlilabada aid olduğunu bildirsə də, ən yaxın əlaqələrinin Neftçala rayonunun Qırmızıkənd kəndi ilə olmasını bildirib. Hətta rəhmətə gedənlərini də orada basdırdıqlarını qeyd edib. Məktəb üçün uşaqların 6 kilometr məsafə qət edib Qırmızıkəndə getmələrini deyib. “Bakı-Astara dəmir yolu bizim kəndin ərazisindən keçir. Vaxtı ilə 82-ci kilometrdə bir dəmiryolçu ailəsi yaşayıb. Ona görə həmin yerdə qatarlar kiçik fasilə ilə dayanırdı. Elə indi də qatar həmin yerdə bir dəqiqə daynaır. Amma 84-cü kilometrdə, burda 100-ə yaxın adam yaşayır. Dəfələrlə müracit etməyimizə baxmayaraq həmin dayanaçağı bura dəyişmirlər”,-deyə Bəylər Şahmarov bildirib.
Sayilov Məmməd isə elektrik enerjisi problemindən danışıb. O, bldirib ki, elektrik enerjisini dəmir yolu idarəsindən alırlar. Əhali üçün limitə qədər məbləğ 7 qəpik olduğu üçün indiyə kimi hər kilovat saat üçün 7 qəpik ödəyiblər. Dəmir yolu idarəsi isə qeyri-əhali qrupu olduğu üçün onlardan 9 qəpik hesablanır. Buna görə də fərqə görə onlara xeyli borc hesablanıb.
Məktəb yaşlı uşaqlar da ərazidə məktəb tikilməsini, onlar üçün oxumağa şərait yaradılmasını istəyiblər.
Ərazinin ən böyük problemlərindən biri də su ilə bağlıdır. Şirinsulu Muğan-Xol kanalı ərazidə heyvandarlıqla məşğul olan iş adamlarına verildiyindən onlara su çatmır.
Adsız kəndin sakinləri bildiriblər ki, onlara kənd statusu verilməsi üçün 2004-çü ildə prezidentə müraciətləri də olub. Lakin həmin məsələ bu günə kimi də öz həllini tapmayıb. Sakinlər məsələnin yenidən aidiyyatı qurumlar qarşısında qaldırılmasını istəyib.
Onların problemləri ilə bağlı hansı qurumdan mövqe öyrənmək bizim üçün də çətin olduğundan məsələni açıq saxladıq. Münasibət bildirməli olan qurumların mövqeyini dərc etməyə hazırıq.

azadiq.info

Bu yazını paylaş

“SATQINLARIN DÖŞÜNDƏ İSTİQLAL NİŞANLARI, … “!!!

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.