n
n
Bugun.tv xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi qeyd olunub.
n
n
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Rauf Hacıyev-100” musiqi festivalı çərçivəsində teatrda “Qafqazlı qardaşqızı” (R.Hacıyev) operettası oynanılıb.
n
n
Tamaşadan öncə Mədəniyyət Nazirliyinin əməkdaşı, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva və teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edərək bəstəkarın yaradıcılığı haqqında danışıblar.
n
n
Teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur.
n
Səhnə əsərinin premyerası 24 sentyabr 2015-ci ildə oynanılıb.
n
n
Tamaşada Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Firus Məmmədov, Rauf Babayev, Mehriban Zaliyeva, Əliməmməd Novruzov, Nicat Əli iştirak ediblər.
n
n
nnQeyd edək ki, “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskva, Sankt-Peterburq, Riqa, Nalçik, Volqoqrad şəhərlərinin musiqili teatrlarında tamaşaya qoyulub. nn nn