Bugun.tv xəbər verir ki, Almaniyanın nüfuzlu nəşrlərindən biri olan “General Anzeige” qəzetində “Bonn sakini özünü Azərbaycanın elçisi kimi görür” sərlövhəli məqalə dərc olunub.nnŞtefan Hermesin qələmə aldığı məqalə Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyevaya həsr olunub. 33 il öncə Almaniyaya köçən azərbaycanlı xanım “mədəniyyətlər arasında körpü quran” şəxs kimi təqdim edilib.nnQeyd edilib ki, Naibə Hacıyeva Azərbaycanın mədəniyyəti və tarixinin tanınması istiqamətində fədakarlıqla çalışır. Hətta COVİD-19 pandemiyasının tüğyan etdiyi dövrdə baş verən 44 günlük Vətən müharibəsi zamanı Avropa ölkələrində küçələrə çıxan erməni lobbisinin aqressiv davranışlarından çəkinməyərək, Almaniyada dörd yürüş və mitinq təşkil edib. Qarabağla bağlı birtərəfli və qərəzli məlumatlar yayan bəzi alman KİV-lərinə sərt etirazını bildirib, jurnalistikanın prinsiplərinə uyğun olaraq həqiqəti yazmalarını tələb edib.nnOnun Almaniyadakı biznes fəaliyyətinin Azərbaycan mətbəxindən başladığını vurğulayan müəllif qeyd edib ki, soydaşımız əldə etdiyi qazancın bir hissəsini ölkəmizin tanıdılması, təbliği və xeyriyyə məqsədlərinə yönəldib, Azərbaycanı layiqincə təmsil etməyə çalışıb. Bu baxımdan onun iş xanımı olaraq Almaniyada açılan müəssisələrinə “Bakı” adını verməsi də təsadüfi deyil. Naibə xanımın Almaniyada dünyaya gələn övladlarının milli ruhda tərbiyə edildiyi, diasporumuzun fəaliyyətində çox aktiv iştirak etdiyi nəzərə çatdırılıb.nnAlman jurnalistinə müsahibəsində Naibə Hacıyeva bildirib ki, hər zaman Azərbaycan barədə düşünür və onun üçün ilk sırada məhz tarixi Vətəni dayanır. Azərbaycanın multikultural və tolerant dəyərlərə sahib olduğunu xatırladan soydaşımız qeyd edib ki, məmləkətimizə səfər edən hər kəs Azərbaycana heyran olur və bu, danılmaz bir həqiqətdir.nnQeyd edək ki, Naibə Hacıyeva bu ilin aprel ayında Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı olub.nnMəqaləni aşağııdakı linkdən oxumaq mümkündür:nnhttps://ga.de/bonn/hardtberg/bonnerin-versteht-sich-als-botschafterin-aserbaidschans_aid-79673565nn