Torakal cərrahiyyə əməliyyatı nədir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev: Kistalar adətən xoş xassəli hesab olunur və müalicəsi də əksər hallarda cərrahi əməliyyatlarla icrası ilə müalicə olunur, deyə müsahibəsində bildirib. n

Arif müəllim, torakal cərrahiyyə əməliyyatı nədir və bu əməliyyat necə icra olunur?

n

– Torakal cərrahiyyə köks döş qəfəsində yerləşən orqanların xəstəliklərini əhatə edən cərrahiyyə bölməsidir. Torakal cərrah ağciyər, plevra, traxeya və bronxlar, qabırğalar, döş sümüyü, perikard, diafraqma, qida borusu, timus vəzi, süd vəzi və qalxanvari (tiroid) vəzin bəzi xəstəlikləri, mediastinum dediyimiz divararalığı orqanların xəstəlikləri ilə məşğul olur.

n

Ən çox rast gəlinən ağciyərin infeksion xəstəkiləri (pnevmoniya, vərəm, ağciyər absesləri), plevrit (plevraya maye toplanması) və empiemalar, traxeya və bronxların xoş və bəd xassəli daralmaları-stenozları, yad cisimləri, ağciyər qanaxmalarıdır.

n

Döş qəfəsi divarının xəstəlikləri arasında döş qəfəsi deformasiyaları, qabırğa və döş sümüyü sınıqları, törəmə (şişləri), perikar xoş (kistaları) və bəd xassəli törəmələri, diafraqma yırtıqları, süd vəzinin törəmələri, mastitlər daha çox rastanır.

n

Mediastinum orqanları arasında daha çox mediastinal törəmələr – timomalar, mediatinal kistalar, qalxanvari vəzinin xoş və bəd xassəli (xərçəngləri) törəmələri, iltihabi-infeksion vəstəliklər-mediastinitlər və limfa düyünlərinin böyüməsi ilə müşahidə olunan xəsləliklər (limfoma, sarkoidoz, limfadenitlər), miasyeniya gravis xəstəliyi, sinir mənşəli törəmələrlə daha çox rastlaşılır.

n

– Qida borusu xəstəlikləri az bilinən xəstəlikdir, sizcə səbəbi nədir?

n

– Qida borusu xəstəlikləri rastgəlmə sıxlığına görə daha çox rast gəlinsə də bu xəstəliklər barədə fikirlər çox mürəkkəbdir. Qida borusunun xəstəlikləri müxtəlif qruplara bölündüyü üçün terapevtlər, qastroenteroloqlar, ümümi cərrahlar və torakal cərrahlar tərəfindən diaqnostika və müalicə olunur.

n

Ən çox rast gəlinən xəstəlikləri qida borusu yad cisimləri, deşilmələri, reflüks xəstəliyi, axalaziya xəstəliyi, iltihabi xəstəlikləri, divertikulları, kimyəvi yanıqlar və yanıq sonrası daralmalar, anadangəlmə inkişaf qüsurları (atreziyalar) xərçəngləridir ki, bunlardan da xərçəng xəstəliyi həyat üçün daha təhlükəli və mürəkkəbliyi ilə seçilir.

n

– Qida borusu xərçəngləri hansı hallarda cərrahi əməliyyat olunur?

n

Qida borusu xərçəngləri dünya statistikasında rastgəlmə tezliyinə görə bütün xərçənglər arasında 8-ci yeri tutur, xərçəngdən ölüm səbəbinə görə isə 5-ci yerdə durduğunu nəzərə alsaq, proqnozun yaxşı olmadığını söyləyə bilərik.

n

Adətən əlamətləri özünü qida qəbulun çətinləşməsi şəklində biruzə verir və bu artıq xəstəliyin irəlilədiyinin işarəsidir. Xəstələrin müayinələrə olan qorxusu və həkimlərə gec müraciət etməsi isə xəstəliyin erkən aşkarlanmasını əngəlləyən əsas faktorlardan hesab olunur. Diaqnozun qoyulması əslində çox çətinlik törətmədiyindən diaqnozun qoyuluşunda gecikmələr nadir rastlana bilir. Adətən diaqnostikası sadə endoskopik müayinə (qastroskopiya) ilə mümkündür. Lakin qida borusu xərçənginin müalicəsi nisbətən mürəkkəbdir və mütəxəssislərdən müasir bilik və peşəkarlıq tələb edir.

n

– Bəs qida borusu xərçənglərinin yaranma səbəbləri və risk faktorları hansılardır?

n

– Risk faktorları arasında qeyd etdiyimiz xəstəliklərdən olan reflüks xəstəliyi, spirtli içkilərin requlyar intensiv istifadəsi, tütün məmulatlarının-əsasən siqaret istifadəsi, qıcıqlandırıcı və kəskin qidaların istifadəsi, qaynar qidaların daimi-intensiv qəbulu, kimyəvi tərkibli suların daimi istifadəsi, müalicə edilməyən digər qida borusu xəstəlikləri əsas faktorlardan hesab edilir.

n

– Uşaqlarda qida borusu xəstəlikləri hansılardır və onların müalicə yolları hansılardır?

n

– Uşaqlarda qida borusu xəstəlikləri adətən anadangəlmə qüsurlarla əlaqəli olur. Lakin yad cisimləri və təsadüfi kimyəvi yanıq törədəcək məhlulların istifadəsində yaranmış problemlərə də çox sıx rast gəlinir. Bunlar cərrahi müdaxilə və əməliyyatlarla aradan qaldırılır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizim də vətənimizdə uşaq və yeni doğulmuşlar üzərində müasir endoskopik cərrahi əməliyyatlar tətbiq edilir.

n

– Uşaqlarda və yetkin insanlarda hansı ağciyər kistaları müşahidə olunur?

n

– Torakal cərrahiyyənin aktual problemlərindən olan ağciyər xəstəlikləri arasında ağciyər kistaları xüsusi ilə uşaq və yeniyetmələr arasında daha çox yayılıb. Bunlar anadangəlmə və sonradan yaranmış olmaqla iki qrupa bölünür. Anadangəlmələr inkişaf qüsürlarına bağlı olduğundan adətən erkən yeni doğulmuş dövrlərdə aşkarlanır və aradan qaldırılır. Lakin gənc və yetkin yaşlarda da rast gəlinə bilir. Qazanılma kistalar havalı və maye tərkibli olur. Havalı kistalar adətən pnevmotoraksla ağırlaşdıqda və ya təsadüfən aşkarlanır. Ölkəmizdə ağciyərlərin tək və ya çoxsaylı hidatik kistalarına daha çox rast gəlinir. Kistalar adətən xoş xassəli hesab olunur və müalicəsi də əksər hallarda cərrahi əməliyyatların icrası ilə müalicə olunur.

n

Qeyd edim ki, əksər əməliyyatlar mini-invaziv endoskopik üsullarla icra edilir və ölkəmizdə bu sahədə mütəxəssislər müvcuddur.

n

– Uşaqlarda diafraqma yırtıqlarının erkən aşkarlanma yolları hansılardır və hansı ağırlaşmaları baş verə bilər?

n

– Uşaq və yeni doğulmuşlarda diafraqma yırtıqları xüsusi ilə təhlükəli hesab olunur. Bu zaman qarın boşluğu orqanları döş boşluğuna dislokasiya etdiyi üçün həyati vacib orqanlar olan ağciyər və ürək fəaliyyətinin kəskin pozulması ilə müşayiət olunur. Erkən diaqnostikası bətndaxili dövründə ilkin ultrasonoqrafiya müayinəsi ilə tezləşdirmək faydalıdır, lakin bəzən çətinliklərlə qarşılaşmaq mümkündür. Bətndaxili dövrdə aşkarlanarsa, körpə dünyaya gələndə artıq cərrahi əməliyyat hazırlıqları görülməsi və erkən əməliyyat olunması ilə sonrakı ağırlaşmaları minimuma endirmək mümkündür. Baş verə biləcək ağırlaşmaları tənəffüs çatışmazlığı və buna bağlı süni tənəffüs aparatına qoşulma riskləri ilə yanaşı boğulmuş yırtıqlar həyat üçün təhlükəli hesab edilir.

manshet
Comments (0)
Add Comment