“YAŞAT” Fondunun hesabına daxil olan vəsait açıqlanıb, 184 nəfər müalicəyə göndərilib

nnBu günə qədər “YAŞAT” Fondunun hesabına 75 846 318.85 AZN vəsait daxil olub.nnBugun.tv xəbər verir ki, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.nnFond rəhbəri bildirib ki, həmin vəsaitdən Fondun istiqamətləri üzrə 71 612 351.53 AZN məbləğində vəsait xərclənib, qalıq vəsait isə 4 233 967.32 AZN təşkil edib.nnO bildirib ki, “YAŞAT” Fondu tərəfindən 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib. Elvin Hüseynovun sözlərinə görə, Türkiyəyə göndərilən şəxslərdən 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür: “Müalicə alanlardan 160-ı artıq ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir”.nnQeyd olunub ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən 22 449 998.04 AZN vəsait xərclənib.nn
Comments (0)
Add Comment