Piyadanı vuraraq qaçmağa cəhd edən sürücü hava limanında TUTULDU

Şəmkirdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü hava limanında saxlanılıb.nnBugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.n
Noyabrın 17-də saat 9 radələrində Şəmkir rayonunun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub.

nŞəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun VAZ-2016 markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub.nnKeçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq RPŞ-yə gətirilib.nnFaktla bağlı araşdırma aparılır.nn

Daxili İşlər Nazirliyi
Comments (0)
Add Comment