“Planet-qatil” adlandırılan astroid yer kürəsi ilə kəsişə bilər.

13

ABŞ alimləri xəbərdarlıq ediblər ki, son 8 ildən artıq müddətdə müşahidə edilən potensial ən təhlükəli asteroid Yer kürəsi ilə kəsişə bilər.

Karnegi Elm İnstitutunun Yer və Planetlər Laboratoriyasından astronom Scott Sheppard, ölçüləri təxminən 1,5 kilometr diametrdə “planet qatili” olaraq xarakterizə edilən Yerə yaxın 2 asteroid kəşf etdiklərini açıqladı.

Bu asteroidlərdən yalnız “2022 AP7”nin Yer üçün potensial təhlükə yaradacaq orbitdə olduğu açıqlanıb.

“Planet qatil” asteroid əvvəllər Yer və Venera arasında bir yerdə yerləşirdi və buna görə də onu aşkar etmək çətin idi. Çünki astronomlar bu sahəni araşdırmaq üçün Günəş istiqamətinə baxmalıdırlar. James Webb və ya Hubble kimi teleskoplar optik həssaslıqlarına görə bu istiqamətdə istifadə edilə bilməz.

Buna görə də, “2022 AP7” asteroidinin nə vaxt kəskin təhlükə yaradacağı bəlli deyil.

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin