İşlədiyi müəssisədən oğurluq edən qadın saxlanıldı

1
Bugun.tv xəbər verir ki, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Bu barədə xəbəri Daxli İşlər Nazirliyinin  mətbuat  xidmətinin  rəhbəri Elşad Hacıyev məlumat verib.
ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin