Bu proqramı telefonunuza yükləmisinizsə dərhal silin! Bank hesablarının ələ keçirilməsi…

16

Google-dan kritik xəbərdarlıq gəldi. Dünyada milyonlarla insan android platformasında olan telefon istifadə edir. Söhbəti gedən bu zərərli proqramı yükləyənlər qara ekran ilə qarşılaşırlar. Fırıldaqçılar bildirişləri də söndürürlər və bunun sayəsində istifadəçilər heç birin şeyin fərqini hiss etmədən fırıldaqçılar öz işlərini görürlər.

Kibertəhlükəsizlik mütəxəssisləri Octo adlı cihazdaxili fırıldaqçılıq və bank zərərli proqramlarının təhlükələri haqqında məlumat veriblər.

50.000 quraşdırma ilə Fast Cleaner adlı proqramın da Octo-ya daxil olduğu aşkar edildi. Başqa sözlə, zərərli proqram daşıyan Fast Cleaner adlı proqramı yükləmisinizsə, onu dərhal cihazınızdan silməlisiniz.

Kiber fırıldaqçılar yoluxmuş proqramın təhlükələrini insanlardan gizlətmək üçün qara ekran əlavə edirlər. Onlar hətta uzaqdan parlaqlığı sıfıra qoyurlar və istifadəçilərin şübhələnməməsi üçün bildirişləri söndürürlər. Beləliklə, siz heç bir şeydən xəbərsiz olduğunuz halda onlar telefonunuzda istədiklərini edə bilərlər.

BANK HESABLARINI UZAQDAN İDARƏ ETMƏ

Adı gedən zərərli proqram telefon daxilində olan proqramları susma rejimində çalışdırmaq və orada əməliyyat aparmağa imkan verir. Proqram daxilində quraşdırılmış casus botlar sizin bank məlumatlarınızı, kart və pin kodlarınızı, şifrələrinizi oxurlayaraq fırıldaqçılara ötürürlər.

Fast Cleaner adlı proqram bu ilin fevral ayında Play Storedan silinsə də minlərlə insan onu telefonuna yükləyib və hələ də brauzer üzərindən gələn reklamlar vasitəsi ilə etibarsız mənbələrdən yükləməkdədirlər.

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin