WhatsApp yoxa çıxan mətn finksiyasını işə salacaq!
Məşhur mesajlaşma proqramı WhatsApp yeni funksiya, yoxa çıxan mətn üzərində işləyir.
Artıq WhatsApp istifadəçiləri mətin mesajlarını əl ilə silməklə məşqul olmayacaqlar. Proqramda hal hazıra foto və videolar üçün “bir dəfə baxmaq” funksiyası mövcuddur. Şirkətin eyni funksiyanı mətn mesajlarına tətbiq edəcəkləri haqqında məlumat, WhatsApp-ın analitikası ilə tanınan WABetaInfo-da paylaşılıb. Məlumatda “Mətni bir dəfə görüntülə” funksiyasının test mərhələsində olduğu deyilir.
NECƏ İSTİFADƏ ETMƏLİ?
Tətbiq vasitəsilə şəxsi və ya qrup söhbətində, mesaj qutusunda göndərmə düyməsinin üzərində kilid işarəsi olacaq. Bu, əsas mətnin bir dəfə göndəriləcəyi anlamına gəlsə də, qarşı tərəf mesajı oxuyanda mətn avtomatik olaraq yox olacaq. Mətni yenidən oxumaq, həmçinin mətn mesajlarını yönləndirmək və ya köçürmək mümkün olmayacaq.
Gələcəkdə mesaj mətninin ekran görüntüsünün qarşısını almaq üçün addımların atılacağı gözlənilir.